• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bankdan inflyasiya açıqlaması

Mərkəzi Bankdan inflyasiya açıqlaması
02.05.2017 11:19
Milli valyutanın möhkəmlənməsi inflyasiya gözləntilərini səngidib.

ANN.Az-a Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu barədə bankın İdarə Heyətində son makroiqtisadi proseslərin müzakirəsi ilə bağlı keçirilən iclasda bildirilib.

Müzakirələrdə makroiqtisadi sabitliyin təmin olunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi vəziyyəti və başlıca makroiqtisadi risklər nəzərdən keçirilib. 

Qeyd olunub ki, cari ildə tədiyə balansında yaxşılaşma meyilləri müşahidə edilir. Nisbətən əlverişli neft qiymətləri, ixracın, o cümlədən qeyri-neft ixracının artması, habelə rüblük idxalın azalması tədiyə balansının cari hesabına müsbət təsir göstərmişdir.

Yaranmış vəziyyətdə 2017-ci ilin sonuna xarici ticarət balansında və cari əməliyyatlar hesabında müsbət saldonun yaranacağı gözlənilir.

Cari ilin ötən dövründə qəbul edilmiş makroiqtisadi sabitlik çərçivəsi üzrə tədbirlər planının ardıcıllıqla həyata keçirilməsi, o cümlədən antiinflyasiya xarakterli mühafizəkar pul siyasəti makroiqtisadi sabitliyin təmin olunmasında mühüm rol oynayıb.

Tədiyə balansında müsbət meyillər və bu şəraitdə valyuta təklifi kanallarının genişlənməsi son aylarda manatın məzənnəsinin möhkəmlənmə trendini gücləndirib. Mərkəzi Bankın valyuta bazarında iştirakının əhəmiyyətli məhdudlaşmasına baxmayaraq, manatın məzənnəsində volatillik azalmış və alış-satış məzənnələri arasında spred minimuma enib.

Milli valyutanın möhkəmlənməsi trendinin və daxili tələb amillərinin təsiri altında inflyasiya gözləntiləri səngiməyə başlayıb. Aparılan son sorğulara görə əhalinin bütün gəlir qrupları üzrə inflyasiya gözləntilərinin azalması müşahidə olunub. Cari ilin son 3 ayında aylıq inflyasiya templəri yanvar ayına nəzərən aşağı olub.

Mövcud situasiyanı və yaranmış yeni makroiqtisadi meyilləri nəzərə alaraq pul proqramının həyata keçirilməsində çeviklik artırılıb. Yaranmış vəziyyət makroiqtisadi sabitliyə xələl gətirmədən pul təklifini nisbətən artırmağa imkan verib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol