• $
  • €
  • ₽
  • ₺
  • £

“Darvin Bankası” yatağı üçün yeni platforma tikilir

“Darvin Bankası” yatağı üçün yeni platforma tikilir
02.05.2017 17:00
"Azneft” İstehsalat Birliyinin sifarişi əsasında "Darvin bankası” yatağı üçün yeni 730 saylı stasionar dəniz özülünün tikintisinə başlanılıb.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, "Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı "Neftqaztikinti” Trestidir. 16 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül 6 dayaq bloku üzərində yığılacaq və dənizin 8-8,5 metr dərinliyində yerləşdiriləcək.

Ümumi sahəsi 3480 kvadrat metr təşkil edən obyekt istehsalat və yaşayış sahələrindən, o cümlədən 2 minik meydançası, 4 yanalma meydançası, 1 aralıq seksiyasından ibarət olacaq. İstehsalat və yaşayış sahələri 2 piyada körpüsü vasitəsi ilə bir-birinə birləşdiriləcək. Özülün tikintisi üçün 3134 ton metal sərfi nəzərdə tutulub.

 Artıq özülün tikintisi üçün tələb olunan metal konstruksiyaların hazırlanmasına başlanılıb.

Hazırda "Neftqaztikinti” Trestinin Zığ istehsalat sahəsində dayaq bloklarının inşası davam etdirilir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə davam etdirilir.

Qeyd edək ki, 730 saylı stasionar dəniz özülündən qazılacaq quyulardan ümumilikdə sutkada 1600-2000 ton neft hasil olunacağı gözlənilir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol