• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Özbəkistan dəmir yolları birləşəcək

Azərbaycan və Özbəkistan dəmir yolları birləşəcək
02.05.2017 22:20
Mayın 2-də Daşkənddə Özbəkistan Baş nazirinin birinci müavini - "Özbəkistan Dəmir Yolları” SC idarə heyətinin sədri Açılbay Ramatovla "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov arasında ikitərəfli görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, A.Ramatov nümayəndə heyətinin üzvlərini salamlayıb, əməkdaşlığın inkişafı istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Özbəkistan şaxələnmiş nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır və bu istiqamətdə işlər aparılır. O Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib.

C.Qurbanov A.Ramatovu bu vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib və bildirib ki, Azərbaycan Özbəkistanla bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir

Azərbaycan dəmir yolunda həyata keçirilən islahatlardan danışan C.Qurbanov ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Ölkəmizin beynəlxalq və regional layihələrin reallaşması prosesində iştirakından danışan C.Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb Nəqliyyat Dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

C.Qurbanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib və bildirib ki, qonşu dövlətin qeyri-konstruktiv mövqeyi ucbatından münaqişənin həlli gecikir.

İkitərəfli görüşdə Azərbaycan ərazisindən keçən marşrutlara əlavə yük axınının cəlb olunması üçün bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolu xəttinin perspektivləri, Azərbaycan və Özbəkistan dəmir yolları arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol