• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının bır sıra yerlərində internet pulsuz olacaq

Bakının bır sıra yerlərində internet pulsuz olacaq
02.05.2017 17:10
IV İslam Həmrəyliyi Oyunlarınadək "Ağ şəhər", "Sahil bağı" və Heydər Əliyev Mərkəzinin parkı pulsuz internetlə təchiz olunacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ("Baktelecom") tərəfindən istismara verilən "İctimai İnternet" şəbəkəsi IV İslam Həmrəyliyi Oyunlarınadək bir sıra ərazilərdə də aktiv olacaq.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, tezliklə Dənizkənarı Milli Park ərazisinin "Ağ şəhər" zonası, "Sahil bağı" və Heydər Əliyev Mərkəzinin parkını ziyarət edən insanlar pulsuz "wi-fi" şəbəkəsindən yararlana biləcəklər. Artıq adı çəkilən ərazilər müvafiq avadanlıqlarla təchiz edilib, təhlükəsizlik tədbirləri, eləcə də, risklər nəzərə alınaraq aktiv zonalarda proqram təminatının tətbiqinə başlanılıb.

"Baku loves you" brendi adı altında təqdim edilən layihənin əhatə dairəsi genişləndirilir və təkmilləşdirmə işləri aparılır. Belə ki, yaxın zamanda pulsuz "wi-fi" istifadəçiləri yeni, daha rahat qeydiyyat sistemi ilə şəbəkəni aktiv edə biləcəklər. Qeyd edək ki, hazırda mobil telefon, notebook, planşet və s. portativ cihazlarla şəbəkə siyahısından "Baktelecom"u seçməklə mobil nömrə vasitəsilə qeydiyyatdan keçib internetdən istifadə etmək mümkündür.

Qeyd edək ki, Dənizkənarı Milli Park və İçərişəhər Tarix-Memarlıq Qoruğu ərazisində 100 minə qədər istifadəçi pulsuz  internet xidmətindən istifadə edib və yay mövsümünə doğru bu göstəricinin artacağı proqnozlaşdırılır.

Daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədi ilə şəbəkənin aktiv olduğu ərazilərdə quraşdırma nöqtələrinin sayı artırılacaq, əhalinin sıx istirahət etdiyi digər parklar da il ərzində ictimai internet şəbəkəsinə qoşulacaq.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol