• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il sığortaçılar tənzimləyiciyə 1,5 mln. manat ödəyib

Ötən il sığortaçılar tənzimləyiciyə 1,5 mln. manat ödəyib
03.05.2017 19:40
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 2016-cı ildə əsas əməliyyat gəlirləri açıqlanıb. "APA-Economics" MBNP-nin açıqladığı maliyyə hesabatına istinadən xəbər verir ki, sığorta və təkrarsığorta şirkətləri ötən il Palataya 1 mln. 465 min manat ödəniş edib.
 
Hesabat dövründə mərkəzləşdirilmiş kredit reyestri üzrə ödənişlərə görə Palataya 755 min manat daxil olub. Beləliklə, ötən il MBNP-nin cəmi əsas əməliyyat gəlirləri 2 mln. 220 min manat təşkil edib.   
 
Qeyd edək ki, qeyri-həyat sığortası üzrə sığortaçılar üçün illik dövri ödənişin maksimum həddi 700 min manat müəyyənləşdirilib. İllik dövrü ödənişin hesablanması mexanizminə gəlincə, daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda 180.000 + (H – 30 mln)×1% düsturu ilə hesablanacaq. Burada H – ilin əvvəlindən artan yekunla daxil olmuş sığorta və təkrarsığorta haqlarıdır. Məsələn, sığortaçıya ilin əvvəlindən 40 milyon manat sığorta və təkrarsığorta haqları daxil olduğu təqdirdə sığortaçının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödəyəcəyi illik dövrü ödəniş belə hesablanacaq:
 
180.000 + (40.000.000 -30.000.000)×1%=280.000
 
Beləliklə, 40 mln. manat sığorta və təkrarsığorta haqları toplayan sığortaçı Maliyyə Bazarlarına Nəzarət Palatasına 280 min manat illik haqq ödəyəcək.
 
Başqa bir misal, ilin əvvəlindən 100 mln. manat sığorta və təkrarsığorta haqları toplayan sığortaçının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödəyəcəyi illik dövrü ödəniş belə hesablanacaq:
 
180.000 + (100.000.000 -30.000.000)×1%= 880.000
 
Ancaq bu məbləğ maksimum həddi - 700 min manat həddini keçməsinə baxmayaraq 100 mln. manat sığorta haqqı toplayan sığorta şirkəti MBNP-ya 700 min manat ödəniləcək.
 
Qeyri-həyat sığortası üzrə sığortaçıya daxil olan sığorta və təkrarsığorta haqları 10-30 mln. aralığında olduqda, Palataya illik dövrü ödəniş 40.000 + (H - 10 mln. manat)×0.70% düsturu, daxil olan sığorta və təkrarsığorta haqları 10 mln. manatdan az olduqda, H × 0.40% düsturu ilə hesablanacaq. Bütün bu hallarda maksimum 700 min manat həddini nəzərə alınmaqla, illik dövrü ödəniş həyata keçiriləcək.
 
Həyat sığortası üzrə sığortaçılar üçün illik dövri ödənişin maksimum həddi isə 750 min manat  müəyyənləşdirilib. Həyat sığortası üzrə sığortaçıya daxil olan sığorta və təkrarsığorta haqları 30 mln. manatdan çox olduqda, Palataya illik dövrü ödəniş 198.000 + (H - 30 mln)×1.1% düsturu,  daxil olan sığorta və təkrarsığorta haqları 10-30 mln. manat aralığında olduqda, illik dövri ödəniş 44.000 + (H - 10 mln)×0.77% düsturu, daxil olan sığorta və təkrarsığorta haqları 10 mln. manatdan az olduqda, illik dövrü ödəniş H × 0.44% düsturu ilə hesablanacaq. Bütün hallarda həyat sığortası üzrə illik dövrü ödəniş maksimum 750 min manat həddi nəzərə alınmaqla hesablanacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol