• $
  • €
  • ₽
  • ₺
  • £

Sakinlər “Xudafərin” MMC-dən şikayət edir: 14 ildir lift yoxdur – FOTO

Sakinlər “Xudafərin” MMC-dən şikayət edir: 14 ildir lift yoxdur – FOTO
29.05.2020 05:03
"Xudafərin” MMC 2003-cü ildə tikib istifadəyə verdiyi binaya lift quraşdırmır.

anews.az xəbər verir ki, Atatürk prospekti 221-233 ünvanında yerləşən binanın sakinlərinin Ölkə.Az-a verdiyi məlumata görə, "Xudafərin” MMC tikdiyi bina 2003-cü ildən istifadəyə verilsə də, lift quraşdırılmayıb.

Bina sakinlərinin sözlərinə görə, dəfələrlə "Xudafərin” MMC-nin rəhbərliyinə liftin quraşdırılması barədə şikayət ediblər, ancaq şirkət rəhbərliyi hər dəfə söz verməklə kifayətlənib.

Bina sakinləri bildirir ki, liftdən əlavə binanın pilləkənlərinin də təmirə ehtiyacı var, ancaq şirkət rəhbərliyi lift kimi bu məsələni, belə desək, "yola verir”.

Əldə etdiyimiz məlumata görə, binada liftin olmadığına görə yaşayış azlıq təşkil edir. Yalnız aşağı mərtəbələrdə yaşayış var. Bir neçə ailə isə əlacsızlıqdan yuxarı mərtəbələrdə yaşayır.
Məsələ ilə bağlı "Xudafərin” MMC rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı.

Sayt yazır ki, "Xudafərin” MMC ilə bağlı kiçik araşdırma edərkən məlum olur ki, bu şirkətin tikdiyi binalarda daim problemlər olub. 

İddia olunur ki, şirkətdə bir mənzilin bir neçə şəxslərə satılması, müştərilərin pullarının mənimsənilməsi halları çoxluq təşkil edir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol