• $
  • €
  • ₽
  • ₺
  • £

Borclu vergi ödəyicilərinin əmlakı elektron hərraclarda satılacaq

Borclu vergi ödəyicilərinin əmlakı elektron hərraclarda satılacaq
29.05.2020 02:53
Azərbaycan Nazirlər Kabineti "Vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışı məqsədi ilə elektron hərracın təşkili və keçirilməsi Qaydaları”nı təsdiq edib.

anews.az bu barədə Trend-ə istinadən xəbər verir. 

Bu qaydalarda istifadə olunan "elektron hərrac” anlayışı icra məmurunun sifarişi əsasında vergi ödəyicisinin siyahıya alınmış əmlakının elektron hərracın təşkilatçısı tərəfindən rəsmi internet saytı vasitəsilə elektron qaydada ixtisaslaşdırılmış açıq hərraclarda satışı mənasını ifadə edir.

Vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərracda satışının daha operativ və səmərəli həyata keçirilməsi, dövlət büdcəsindən yayındırılmış vergi borclarının alınması ilə bağlı icraat prosesinin sadələşdirilməsi və bu sahədə şəffaflığın təmin olunması məqsədi ilə icra məmurları tərəfindən siyahıya alınmış əmlakların elektron hərrac vasitəsilə satılması üçün elektron hərracın təşkilatçısına sifarişlər verilir.

Elektron hərrac zamanı elektron hərracın hər hansı bir iştirakçısına digərlərindən fərqli və (və ya) qanunvericilikdə nəzərdə tutulmayan güzəştlərin verilməsinə, elektron hərracın təşkilatçısı tərəfindən iştirakçıların rəqabət aparmasına məhdudiyyətin qoyulmasına yol verilmir.

Ərizəçi elektron hərraca Vergi Məcəlləsinin və bu Qaydaların tələblərinə əməl etməklə elektron hərracın istənilən mərhələsində qoşula bilər.

Elektron hərracda alıcı kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq mülki hüquq fəaliyyət qabiliyyətli fiziki şəxslər və hüquqi şəxslər iştirak edə bilərlər.
Birinci elektron hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrı-ayrılıqda əmlakın satışı baş tutmadıqda, elektron hərracın təşkilatçısı hər növbəti elektron hərraca 10 gün qalmış kütləvi informasiya vasitələrində, özünün rəsmi internet saytında, digər internet saytlarında və sosial şəbəkələrdə elektron hərraca çıxarılacaq əmlaklar barədə elan yerləşdirir. 

Sonrakı elektron hərraclar arasındakı müddət 10 gündən, yararlılıq müddəti başa çatan (yaxud, bu müddət ərzində qurtaran) əmlakın növbəti hərracları arasındakı müddət isə 3 gündən çox olmamalıdır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol