• $
  • €
  • ₽
  • ₺
  • £

Samir Şərifov iqtisadi islahatların əsas istiqamətlərini açıqlayıb

Samir Şərifov iqtisadi islahatların əsas istiqamətlərini açıqlayıb
29.05.2020 02:28
Yaponiya Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) təsisçilərindən və iri səhmdarlarından biri olaraq, son beş onillik ərzində Asiya - Sakit okean regionunda yoxsulluğun azaldılması istiqamətində ciddi addım atıb. "APA-Economics” xəbər verir ki, bu barədə maliyyə naziriSamir Şərifov Yaponiyanın Yokohama şəhərində keçirilən ADB rəhbərlər şurasının 50-ci toplantısında çıxışı zamanı bildirib.
 
 
"Yaponiya iri layihələrin maliyyələşdirilməsində donor kimi çıxış edib, o cümlədən qrant və texniki yardımların təqdim olunmasında ciddi səylər göstərib”, - deyə S.Şərifov bildirib.
 
 
Nazir qeyd edib ki, ADB-nin formalaşmasında onun bütün səhmdarlarının rolu böyükdür: "Regional və qeyri-regional tərəfdaşların əməkdaşlığı nəticəsində ADB nəhəng çoxtərəfli maliyyə institutuna çevrilib. Yarandığı gündən etibarən bank Asiya və Sakit okean ölkələrinin iqtisadi inkişafında müstəsna rol oynayıb. Son 50 il ərzində region ölkələrində ciddi iqtisadi artım müşahidə olunur. Bu artımın yoxsulluğun azalması ilə müşayiət olunması çox sevindiricidir”.
 
 
Azərbaycanın ADB-yə 1999-cu ildə üzv olduğunu xatırladan nazir bildirib ki, digər üzvlər kimi, ölkəmiz də qısa müddət ərzində aztəminatlı ölkədən yüksək gəlirli iqtisadiyyata çevrilib. "Biz ADB ilə əməkdaşlığın səviyyəsindən olduqca məmnunuq. Bankın ayırdığı kreditlər hesabına Azərbaycan bir sıra infrastruktur layihələrini həyata keçirib. Belə ki, bu vəsaitlər hesabına əsas yollarımız tikildi və yenidən quruldu, su təchizatı, irriqasiya, elektrik enerjisinin paylanması sahəsində ciddi layihələr reallaşdı”, - deyə o bildirib.
 
 
Nazirin sözlərinə görə, son 5 il ərzində bankın Azərbaycan üzrə kredit portfeli xeyli artıb: "Bir tərəfdən Azərbaycanda artan tələbat, digər tərəfdən əməkdaşlığın daha da genişlənməsi və layihələrin reallaşma tempinin daha da sürətlənməsi bu artıma rəvac verib. Fürsətdən istifadə edərək Azərbaycanın iqtisadi artımına verdiyi töhfəyə görə ADB-yə minnətdarlığımı bildirirəm. Sonuncu antitsiklik dəstəyi xüsusilə vurğulamaq istəyirəm. Bu dəstək hesabına Azərbaycan makroiqtisadi qeyri-stabilliyə və xarici şoklara daha çevik reaksiya verəcək”.
 
 
Azərbaycanda aparılan iqtisadi islahatlara toxunan S.Şərifov bildirib ki, neftin kəskin ucuzlaşması fonunda bu disbalansın aradan qaldırılması üçün hökumət tərəfindən qabaqlayıcı addımlar atılıb, nəticədə makroiqtisadi stabillik tez bir vaxtda bərpa olunub: "Biz həmçinin kompleks struktur islahatlarının aparılmasına başlamışıq ki, bu da dövlət vəsaitinin idarə olunması, pul-kredit siyasəti və maliyyə sektorunun tənzimlənməsi kimi istiqamətləri əhatə edir. Biz ADB ilə bu sahədə sıx əməkdaşlıq etmək niyyətindəyik”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol