Bu şəxslər 5000 manat cərimələnəcək

Azərbaycana aid sularda gəmilərin beynəlxalq konvensiyalara və müvafiq icra hakimiyyəti orqanının tələblərinə zidd istismarına görə yeni cəzalar müəyyənləşdirilir.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni - 307.4 maddəsinin əlavə olunması təklif edilib.
Maddəyə əsasən dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə zidd olaraq gəmilrin dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və ya ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqlarla istismar və idarə ediməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 5000 manat cərimə olunacaqlar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























