• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-dan işçilərin əmək haqlarının azaldılması məsələsinə rəsmi cavab

SOCAR-dan işçilərin əmək haqlarının azaldılması məsələsinə rəsmi cavab
08.05.2017 20:40
Dövlət Neft Şirkətinin (SOCAR) işçilərinin əmək haqlarının azaldılması nəzərdə tutulmur. 

anews.az Fins.az-a istinadən xəbər verir ki, bu barədə şirkətdə əmək haqlarının azalması ilə bağlı yazılanlara cavab olaraq SOCAR-ın açıqlamasında qeyd olunub.

"SOCAR tabeliyində olan təşkilatlarla birlikdə hər bir sahədə olduğu kimi, əməyin qiymətləndirilməsi və ödənilməsi sisteminin də günün tələblərinə cavab verməyi hədəfləyir. 

Artıq bir müddətdir ki, SOCAR-da əməyin təşkili və normalaşdırılması üzrə şirkətdaxili yeni normativ sənədlərin hazırlanması, mövcud sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmadan beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə layihə qrupu yaradılıb”.

Layihə planına görə, ilk növbədə, "Azneft” İB-nin idarəetmə aparatındakı işçilərin vəzifə standartları hazırlanıb və ötən ildən etibarən bu standartlar tətbiq edilməyə başlanıb.

"Yeni standartlara uyğun olaraq, hər bir vəzifə üzrə iş analizləri aparılıb və işçilərin faktiki tutduğu vəzifələrin beynəlxalq standartlara uyğunluq dərəcəsi müəyyən edilib. Məlumat üçün bildirək ki, işçilərə yeni standartlar üzrə yenidən əməyin ödənilmə dərəcəsi və vəzifə maaşı hesablanıb. 

SOCAR rəhbərliyi, əməkdaşlarının sosial rifahının, heç bir halda, aşağı düşməsini məqbul saymadığı üçün yeni vəzifə standartlarının tətbiqi nəticəsində əməyin ödənilmə dərəcəsində azalma olan hər bir əməkdaşın maaşını müvafiq qaydada kompensasiya edəcək. 

Beləliklə də, əməkdaşlarımızın yeni ştat cədvəlləri həm beynəlxalq standartlara cavab vermiş olacaq, həm də heç bir işçimiz bu prosesdən zərər görməyəcək”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol