• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan Dəmir Yolları" İslamiadaya hazırdır

"Azərbaycan Dəmir Yolları" İslamiadaya hazırdır
29.05.2020 02:05
Plan QSC sədrinin əmri ilə hazırlanıb.

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı çoxsaylı idmançıların və qonaqların ölkəyə gəliş-gedişi üçün əsas nəqliyyat infrastrukturları kimi Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı sərnişin stansiyası nəzərdə tutulur.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib. 

Məlumatda deyilir ki, oyunlar zamanı dəmir yolu nəqliyyatının tənzimlənməsi üçün ADY sədrinin əmri ilə Tədbirlər Planı hazırlanıb. Plana əsasən, yarışların açılış və bağlanış günlərində, həmçinin həmin mərasimlərin təşkili üzrə məşq (sınaq) tədbirləri günlərində saat 18.00-da saat 01.00-a qədər biletli tamaşaçılar, qonaqlar, habelə müvafiq qaydada akkreditasiyadan keçmiş şəxslər Bakı sərnişin stansiyasından Bakı Metropoliteninin "Koroğlu” stansiyasına qədər KİSS markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınacaq.
 
Eyni zamanda Bakı vağzalında və qatarlarda quraşdırılmış monitorlarda günün müxtəlif saatlarında Azərbaycanla bağlı tanıtım və IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş reklam çarxları yayımlanacaq.

 Yarış müddətində dəmir yolu stansiyalarında sıxlığın yaranmasının qarşısını almaq, işi lazımi qaydada həyata keçimək məqsədi ilə sərnişinlərin qarşılanması, yönləndirilməsi, eyni zamanda Bakı sərnişin stansiyasında məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol