• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı: Manatın məzənnəsinin korreksiyası gec baş verib

Dünya Bankı: Manatın məzənnəsinin korreksiyası gec baş verib
11.05.2017 13:45
"Buna görə də iqtisadiyyata mənfi təsirlər çox olub"

"Azərbaycan iqtisadiyyatı üçün hərtərəfli strategiya lazımdır". "APA-Economics" xəbər verir ki, bunu Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer bu gün keçirilən videokonfransda deyib.

Onun sözlərinə görə, neft gəlirlərinin azalması səbəbindən Azərbaycan alıcılıq qabiliyyətini 25% itirib və bu, milli iqtisadiyyat üçün çox böyük şok yaradıb.

"Azərbaycan xüsusilə ixracyönümlü mal və xidmətlər sahəsini inkişaf etdirməlidir. Mən Azərbaycanda sonuncu dəfə olarkən iqtisadiyyat sahəsində tədbirlərlə bağlı 5 zəruri istiqaməti açıqlamışdım. Bunlardan birincisi monetar siyasətlə bağlı idi. Həmin dövrdən bəri bu istiqamətdə müəyyən tədbirlər görülüb. 

Azərbaycanda məzənnə çevikliyi təmin edilməlidir. Yəni ölkədaxili qiymətlər xarici qiymətlərə uyğunlaşmalıdır. 

Bu, məzənnənin hesabına baş verməzsə, qiymətlərin korreksiyası hesabına baş verəcək. Azərbaycanda məzənnənin korreksiyası gec baş verdi. Buna görə də iqtisadiyyata mənfi təsirlər çox oldu. Azərbaycanın monetar siyasətində vəziyyət xeyli yaxşılaşıb. Bununla belə, bank sektorunun sağlamlaşdırılmasını təmin etmək vacibdir. Neftin qiymətinin düşdüyü bir şəraitdə bank sektorunun sağlamlığı vacibdir. Banklar fiskal siyasət hesabına yox, restrukturizasiya hesabına sağlamlaşdırılmalıdır. Bank sektoru üçün ən optimal struktur islahatları seçilməlidir. Bundan başqa, banklar yeni iş yerlərinin yaradılmasına dəstək verəcək xidmətlər göstərməlidir. Bank sektoru iri şirkətlərin, neft sektoru və tikinti sektorunun maliyyələşməsinə diqqət yetirirdi. Azərbaycanda bankların yeni sahələri maliyyələşdirmək baxımından bir o qədər təcrübəli yoxdur".


H.Timmer bildirib ki, Azərbaycanda fiskal dayanıqlıqla bağlı xeyli işlər görülüb: "Amma fiskal tədbirlər gecikdiyindən bəzi çətinliklər qalmaqdadır. Xarici şokun yaratdığı çətinliklərin əhali arasında paylanmasına xüsusi diqqət yetirilməli və əhalinin aztəminatlı hissəsinə dəstək verilməlidir. Azərbaycanda ticarət və startap layihələri sahəsində çox işlər görməlidir".

Sosial səhifələrdə paylaş

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol