• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənistan məhsulları Azərbaycanda satılır" - İDDİA

"Ermənistan məhsulları Azərbaycanda satılır" - İDDİA
15.05.2017 09:19
Ermənistan bazarlarında Azərbaycan almalarının satılması ilə bağlı sosial mediada yayılan məlumatların yayılmasından az keçmiş bəlli olub ki, Azərbaycan bazarına da tez-tez Ermənistan malları daxil olur, bunu Musavat.com-a "Azad İstehsalçılar" birliyinin sədri Eyyub Hüseynov deyib.
 
Onun sözlərinə görə,  hazırda ölkədə qida təhlükəsizliyi məsələsi heç də yaxşı durumda deyil: "Ötən il Azərbaycana Gürcüstan vasitəsilə külli miqdarda Ermənistanda yetişdirilmiş ərik gətirildi. Gürcüstanda hər gün azərbaycanlılarla ermənilər görüşürlər, oradan bura mallar gəlir. Heç kim də bu məsələyə nəzarət etmir. Birmənalı şəkildə Azərbaycan mallarının Ermənistanda satılmasının tərəfdarıyam. Lakin Ermənistan mallarının Azərbaycanda satılmasını qəbul etmirəm. Biz, istehlakçı hüquqlarını qoruyan Zaqafqaziya təşkilatı yaratmışıq və hələ on il öncə ”Qırmızı Körpü" bazarında təhlükəli malların qarşısını almışdıq. Ermənistan təşkilatlarının üzərində də müəyyən dərəcədə təsirlərimiz var. Ola bilər ki, Azərbaycan mallarının üzərində etiket olduğu üçün onlar bunu müəyyənləşdirə biliblər. Yanlış fikirdir ki, Azərbaycan malları təhlükəlidir. Ermənistandan Azərbaycana gələn malların üzərində etiket olmur. Ona görə də müəyyən edilmir və Gürcüstan vasitəsilə Ermənistanın kənd təsərrüfatı malları rahat şəkildə ölkəmizə keçirilir. Buna nəzarət etmək də çox mürəkkəbdir. Ermənistan malı bir kənara, ötən il elə yerli qarpızların monitorinqini aparan zaman xeyli sayda kimyəvi maddələrlə zəngin, zəhərli məhsullar aşkar etdik. Demək olar ki, İrandan gələn və yerli məhsulların 98 faizi kimyəvi zəhərlənmiş vəziyyətdə idi".

Ekspert bir müddət öncə Azərbaycan bazarlarında aşkar olunan Ermənistanda istehsal edilmiş şokoladlara da diqqət çəkib: "Bu cür hallar yol verilməz olsa da, Gürcüstan və Rusiya vasitəsilə bəzən Azərbaycana keçə bilir. Ermənistanla bağlı bütün növ malların Azərbaycanda satılması yolverilməz haldır. Fəaliyyətə başlayacaq olan Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı da təkliflər paketi təqdim etmişik. Qeyd etmişəm ki, əgər orada QHT-lər KİV nümayəndələri təmsil olunmasalar və yalnız indiki dövlət orqanları təmsil olunsalar, bunun heç bir nəticəsi olmayacaq. Orada tam şəffaflıq və ictimai nəzarət mexanizmi olmalıdır”.

Bu ilin fevral ayında ölkə prezidenti Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanda qeyd olunub: "Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və ”tarladan süfrəyədək" prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılsın".

Xatırladaq ki,  bu günlərdə Azərbaycan istehsalı olan almaların Ermənistan bazarında satışı aşkarlanmışdı.  Ermənistan Dövlət Qida Maddələri Təhlükəsizliyi Xidməti bazarlarda yoxlanışlar keçirdiyini və ölkə paytaxtında və rayonlarındakı meyvə-tərəvəz bazarları və mağazalarında Azərbaycanda istehsal olunan "alma satışı faktının təsdiqləndiyini” bəyan edib.

Daha sonra Ermənistanda vergi və gömrük qurumlarını idarə edən Dövlət Gəlirləri Komitəsinin məmurları rüşvət almaq ittihamı ilə tutulublar.

İstintaq müəyyən edib ki, məmurlar bəzi sahibkarlardan meyvə-tərəvəzin Baqrataşen gömrük məntəqəsindən baxışsız keçirilməsi üçün rüşvət alıblar. Bu məhsulların arasında Azərbaycanda yetişdirilmiş almalar da olub.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol