• $
  • €
  • ₽
  • ₺
  • £

Neft hasilatının azaldılması ilə bağlı anlaşma uzadılacaq

Neft hasilatının azaldılması ilə bağlı anlaşma uzadılacaq
15.05.2017 14:00
OPEC və kartelə üzv olmayan ölkələr neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il tarixli Vyana anlaşmasını uzatmaq barədə ilkin razılıq əldə edib.

anews.az Report-a istinadən xəbər verir ki, bu açıqlama ilə Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Faleh çıxış edib:

"Düşünürük ki, mayın 25-də Vyanada qəbul olunan qərarın nəticəsi müsbət olacaq. Qrupda tam razılıq əldə olunub”.

Xalid əl-Faleh və Rusiyanın energetika naziri Aleksandr Novak Pekində keçirilən görüşdən sonra birgə açıqlamada bildiriblər ki, mayın 25-də keçiriləcək növbəti sammitdə Səudiyyə Ərəbistanı və Rusiya iştirakçı ölkələrə anlaşmanı 2018-ci il mart ayının sonuna qədər uzatmağı tövsiyə edəcək. Anlaşmada hasilatın azaldılması ilə bağlı kvota isə əvvəlki kimi 1,8 mln. barel/gün qalacaq.

Qeyd edək ki, xəbərin yayılmasından sonra Brent markalı neftin qiyməti 1,5% artaraq 51,6 dollar/barelə yüksəlib. Report-un analitik qrupu hesab edir ki, anlaşmada kvotanın artırılmaması neft qiymətlərinin 60 dollar/barel səviyyəsini keçməsinə imkan verməyəcək və Brentin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol