• $
  • €
  • ₽
  • ₺
  • £

Pekində ''SOCAR GPC'' layihəsinə dair mühüm sənədlər imzalanıb

Pekində ''SOCAR GPC'' layihəsinə dair mühüm sənədlər imzalanıb
15.05.2017 19:40
Mayın 14-də Pekində işə başlamış "Bir kəmər-bir yol” strategiyası çərçivəsində beynəlxalq forumda Azərbaycanın nümayəndə heyəti də iştirak edir.
 
SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, forumda 29 ölkə dövlət və hökumət başçıları səviyyəsində təmsil olunur, 110 ölkədən dövlət və özəl sektor təmsilçiləri, sərmayədarlar, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
 
Azərbaycan nümayəndə heyətində iqtisadiyyat naziri Şahin Mustafayev, SOCAR prezidenti Rövnəq Abdullayev, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və başqa rəsmi şəxslər təmsil olunurlar.
 
Xəbər verildiyi kimi, forum çərçivəsində ''SOCAR GPC'' layihəsinə dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycan tərəfdən SOCAR-ın prezidenti R. Abdullayev, Çin tərəfdən Milli Neft Korporasiyasının (CNPC) sədri Vanq Yilin və Çin İnkişaf Bankının (CDB) sədri Hu Huaybanq imzalayıblar.
 
Mayın 15-də isə Pekində "Bir kəmər - bir yol” forumu çərçivəsində SOCAR, CNPC və "Technip” şirkətləri arasında "SOCAR GPC” layihəsinə dair "Qaz Emalı Zavodu və Polietilen Neft-kimya Kompleksi ilə əlaqədar İlkin Detallı Layihələndirmə” üzrə Xidmət Müqaviləsi imzalanıb. Bu müqavilə "SOCAR GPC” layihəsi üçün İlkin Detallı Layihələndirmə işlərinin icrası istiqamətində HQC (CNPC şirkətinin törəməsi) və "Technip Italy” şirkətlərinin göstərəcəyi xidmətləri tənzimləyəcək. İmzalanma mərasimində SOCAR və CNPC şirkətlərinin prezidentləri iştirak etmişlər. Bildirilmişdir ki, HQC və "Technip Italy” şirkətləri 15 may 2017-ci il tarixindən etibarən müqaviləyə əsasən xidmətlərin göstərilməsinə başlayacaqlar.
 
"SOCAR GPC” layihəsi Azərbaycanda hasil edilən təbii qaz və qaz-kondensat xammalının emalını, təbii qazın tərkibində qaz kimya istehsalı üçün yararlı olan ağır fraksiyaların (C2+) polimerləşməsini və yüksək əlavə dəyər yaradan qaz-kimya məhsullarının istehsalını nəzərdə tutur. Yeni layihə çərçivəsində qaz emalı zavodu və qaz-kimya zavodunun inşa edilməsi, müvafiq qurğuların quraşdırılması, həmin zavod və qurğulara xidmət göstərmək üçün ümumzavod təsərrüfatının yaradılması planlaşdırılır.
 
Azərbaycan nümayəndə heyətinin səfəri davam edir. Heyət üzvləri "Bir kəmər - bir yol” forumu çərçivəsində bir sıra panel müzakirələrdə iştirak edəcək və ikitərəfli görüşlər keçirəcəklər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol