• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Dünyanın 37 ölkəsində keçirilən startap proqramına qoşulur

Azərbaycan Dünyanın 37 ölkəsində keçirilən startap proqramına qoşulur
16.05.2017 15:10
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir beynəlxalq layihəyə öz töhfəsini verir. Mərkəz bu dəfə 37 ölkənin iştirak etdiyi dünyanın ən böyük "green" biznes ideya müsabiqəsi olan ClimateLaunchpad layihəsinin "Bürünc sponsor”u qismində çıxış edir. Azərbaycanın ilk dəfə qatıldığı bu layihə özünün öyrədici strukturuna və əhatəsinin genişliyinə görə proqrama qəbul olunan startaplara və ideya müəlliflərinə çox böyük proqress xətti təklif edir.

May ayından etibarən avqust ayında keçiriləcək ölkə finalına hazırlıq məqsədilə Azərbaycandan seçilən 14 komandaya intensiv təlim proqramları təşkil edilib. Təlim proqramları "ClimateLaunchpad" mərkəzi komandasının üzvü, Hollandiyadan ölkəmizə proqram təşkilatçıları tərəfindən göndərilmiş startap və innovativ texnologiyalar sahəsi üzrə ekspert Hans Westerhof və lokal təlimçilər tərəfindən keçirilir. Təlim zamanı iştirakçılar startup qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər. İki günlük bootcamp bitdikdən sonra komandalar 14 həftəlik ölkə daxili koçinq sessiyalarına başlayacaqlar. Burada komandalar yerli ekspertlər tərəfindən ClimateLaunchpad-in müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyəcək və özlərini ölkə finalına hazırlayacaqlar. Ölkədaxili koçinq sessiyalarından sonra komandalar ClimateLaunchpad-in də təmsilçisinin də iştirak edəcəyi münsiflər qarşısında ilk 3 yeri qazanmaq və Grand Finale-a vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ümumilikdə 37 ölkənin hər birinin ölkə finalında ilk 3 yerə çıxan komandalar 2017-ci ilin oktyabr ayında keçiriləcək Grand Finale-a vəsiqə qazanacaqlar və Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. Grand Finale-da ilk 10 yeri tutan startup layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar. Bu

akselerator proqramında hər bir layihəyə üç mərhələdə € 95,000 avro maliyyə dəstəyi verilir.

Bundan əlavə isə, Grand Finale-da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar:

– Birinci yer: € 10,000 avro – İkinci yer: € 5,000 avro – Üçüncü yer: € 2,500 avro

Onu da qeyd edək ki, bu ilin qalib ölkəsi növbəti il Grand Finale-a ev sahibliyi edəcək. Məlumat üçün bildirək ki, ClimateLaunchpad Social Innovation Lab-ın rəsmi təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı (qızıl sponsor), Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin (bürünc sponsor) dəstəyi ilə keçirlilir. Layihəyə Next Step İnnovasiya Mərkəzi, Global Startup Hub, Bakı Mühəndislik Universiteti Texnoparkı və Youth Inc Biznes İnkubasiya Mərkəzi də dəstək verir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol