• $
  • €
  • ₽
  • ₺
  • £

Bağlanan bankın Mərkəzi Banka milyonlarla manat borcu var

Bağlanan bankın Mərkəzi Banka milyonlarla manat borcu var
16.05.2017 16:40
Bu gün Əmanətlərin Sığortalanması Fondunun inzibati binasında ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı” ASC-nin Kreditorlar Komitəsinin iclası keçirilir.

Anews.az APA-ya istinadən xəbər verir ki, iclasda "Qafqaz İnkişaf Bankı”nın kreditorlarının bir qismi məlum olub.

Qeyd edək ki, iclası Fondun icraçı direktoru Azad Cavadov aparır. 

A.Cavadov bildirib ki, "Qafqaz İnkişaf Bankı”nın öhdəlikləri üzrə birinci tranş artıq tamamlanmaq üzrədir. Birinci tranşdan sonra bankın 22 mln. manatlıq öhdəliyi qalacaq.

"Yaxın vaxtlarda biz ikinci tranşı da ödəyəcəyik. Demək olar ki, bu bankın fiziki şəxslərə olan öhdəliyini, demək olar ki, yekunlaşdırmışıq. Az sayda fiziki şəxslər üzrə öhdəlik qalıb.

Ümumilikdə, fiziki və hüquqi şəxslərlə birlikdə 31 kreditor qalıb. Fiziki şəxslərin tələbləri tam yekunlaşandan sonra hüquqi şəxslərin tələblərinin yerinə yetirilməsinə başlanacaq. 

Fikrimcə, kreditorların əksəriyyətinin tələbi ödənildiyindən Kreditorlar Komitəsinin yaradılmasına ehtiyac yoxdur.

Hüquqi şəxslərlə Əmanətlərin Sığortalanması Fondu bir araya gəlib öhdəliklərin yerinə yetirilməsi məsələsi müzakirə olunacaq. 

"Qafqaz İnkişaf Bankı”nın 85 milyon manatlıq öhdəliyi qalır. Bunun da böyük hissəsi Mərkəzi Banka məxsusdur.

Mərkəzi Bankın 41,3 mln. manatlıq təminatlı krediti var. Fikrimcə, biz bu ilin sonuna "Qafqaz İnkişaf Bankı”nın ləğvetmə prosesini başa çatdıracağıq”, - deyə o vurğulayıb.

Daha sonra səsvermə əsasında bu bank üzrə Kreditorlar Komitəsinin yaradılmaması məqsədəuyğun sayılıb.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol