Neft Fondunun satdığı dolların həcmi məlum oldu

2017-ci ilin I rübündə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 24 valyuta hərracı keçirilib.
Anews.azz "Marja”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə "Pul siyasəti icmalı”da öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, rüb ərzində Neft Fondunun xarici valyuta satışları 793,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 36,7% azdır.
Hesabat dövründə Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının "Bloomberg” platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərib.
Dövr ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdankənar alqı-satqı əməliyyatlarının həcmi 102,5 mln. ABŞ dolları olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























