• $
  • €
  • ₽
  • ₺
  • £

Enerji bazarında inqilab: yanar buz çıxarıldı - VİDEO - FOTO

Enerji bazarında inqilab: yanar buz çıxarıldı - VİDEO - FOTO
18.05.2017 15:00
Çinli neftçilər dünyada ilk dəfə olaraq "yanar buz" adlanan təbii qaz hidratını əldə ediblər. "Yanar buz" Cənubi Çin dənizində çıxarılıb.

Anews.az Çinin Mərkəzi Dövlət Televiziyasının (CCTV) saytına istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Torpaq və Təbii Ehtiyatlar Nazirliyi rəsmi açıqlama yayıb.

"Bu, bir qədər əvvəl ABŞ-da yaşanmış "şist inqilabı" kimi çox ciddi, böyük hadisədir. Sonucda enerjidən istifadə metodları köklü şəkildə dəyişəcək", - nazirliyin Geoloji Tədqiqatlar İdarəsinin rəis müavini Li Szinfa deyib.

Onun sözlərinə görə, təbii qaz hidratının hasil edilməsinin nəzəri bazası və texnologiyaları baxımdan bütün dünya ölkələrini qabaqlayan Çin indi lider mövqe tutub.

Cənubi Çin dənizində "yanar buz" 1," kiloqmetr dərinlikdən çıxarılıb. 200 metrlik sualtı qazma quyusu isə Honkonqdan 285 km cənub-şərqdə olub.

8 günlük fəaliyyət nəticəsində 120 kubmetr "yanar buz" çıxarılıb. Bu "yanar buz"da metanın miqdarı 99,5 faizdir.

1 kubmetr təbii qaz hidratı 160 kubmetr təbii qaza bərabərdir.

"Yanar buz" hasilatı ilə bağlı işləri Yaponiya da aparır. Yaponiyanın JOGMEC (Japan Oil, Gas and Metals National Corporation)  korporasiyası 2013-cü ilin martında Asumi yarımadasının yaxınlığında "yanar buz"dan metan əldə etmişdi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol