• $
  • €
  • ₽
  • ₺
  • £

“Azneft” bu il 2 mln. ton neft, 1,7 mlrd. kubmetr qaz hasil edib

“Azneft” bu il 2 mln. ton neft, 1,7 mlrd. kubmetr qaz hasil edib
18.05.2017 20:20
SOCAR-ın "Azneft” İstehsalat Birliyi bu ilin yanvar-aprel ayları üçün qarşıya qoyulmuş neft və qaz hasilatı planını yerinə yetirib.
 
"Azneft” İB-dan "APA-Economics”ə verilən məlumata görə, eyni zamanda, "Azneft” kollektivinin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan əlavə neft-qaz çıxarılıb.
 
Bu ilin dörd ayı ərzində "Azneft” üzrə 2 mln. 39,9 min ton neft hasil edilib. Bu ilin ötən dörd ayı ərzində 1 mlrd. 693 mln. 136 min kubmetr qaz hasil edilib.
 
Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi ötən dörd ay da uğurla davam etdirilib. Belə ki, ötən dörd ay ərzində "Azneft”in sifarişi əsasında 19 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 10573 ton əlavə neft hasil edilib.
 
Ötən dörd ayda fəaliyyətsiz quyu fondundan 19 quyu planlaşdırıldığı halda, faktiki olaraq 39 quyu istismara qaytarılıb. Bu quyulardan 10385 ton neft alınıb.
 
Bu nailiyyətlərin əldə olunmasında mühüm amillərdən biri də fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimləri seçməklə istifadə edilməsi və səmərəli texniki-geoloji tədbirlərin aparılması olub. Belə ki, ilin əvvəlindən 209 geoloji tədbir keçirilib, nəticədə 44900 ton neft hasil edilib ki, bu da plana qarşı 42 tədbir çox və 17770 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 13274 ton plana qarşı 17225 ton neft hasil edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol