Azərbaycanda Bakı-Aktau-Samsun limanlarının əməkdaşlıq imkanları müzakirə edilir

Bu gün Bakıda Bakı-Aktau-Samsun limanlarının əməkdaşlıq mexanizmləri müzakirə ediləcək.
Anews.az "Report”a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakı-Aktau-Samsun qardaşlaşmış limanlarının II görüşündə çıxış edən Azərbaycanın Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib.
"Azərbaycanın iqtisadi mövqeyi, tranzit potensialı ölkəni qlobal mərkəzə çevirib.
Türkdilli dövlətlərin həyata keçirdiyi nəqliyyat layihələri də olduqca önəmlidir. Azərbaycan Xəzərdə iri logistika mərkəzi olacaq.
Liman ərazisində yaradılacaq azad ticarət zonası da bu işlərin tərkib hissəsidir. Bu zona Avropa və Asiya bazarına xidmət edəcək”, - deyə R.Quluzadə qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























