• $
  • €
  • ₽
  • ₺
  • £

Türkdilli ölkələr yükdaşımaların həcminin artırılmasında maraqlıdır

Türkdilli ölkələr yükdaşımaların həcminin artırılmasında maraqlıdır
22.05.2017 11:45
"Bu gün Azərbaycan dünyada tranzit daşımalarda əsas tərəfdaş kimi qəbul olunur". "APA-Economics" xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakı-Aktau-Samsun qardaşlaşmış limanlarının ikinci görüşündə çıxışı zamanı bildirib.

Nazir vurğulayıb ki, Bakı Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, beynəlxalq hava limanları, magistral avtomobil yolları şəbəkəsi Azərbaycanın tranzit rolunu artırır: "Bu baxımdan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərdə həyata keçirilən nəqliyyat layihələri böyük önəm kəsb edir.

Hazırda Xəzər dənizində ən  böyük limanın inşası aparılır. Liman şimalla cənubun, şərqlə qərbin əsas dəmir yolu kəsişməsində tikildiyinə görə Xəzər dənizində əsas logistika qovşağına çevriləcək. Limanın yaxınlığında yaradılan xüsusi azad ticarət zonası ölkəmizə investisiya cəlb etmək üçün şərait yaradır. Liman Avropa və Asiya bazarına xidmət göstərəcək".
 
"Bakı Beynəlxalq Dəniz Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov Bakı limanında tikinti işlərinin davam etdiyini bildirib. O əlavə edib ki, liman ətrafında yaradılmaqda olan azad ticarət zonası həm yeni limanı, həm Ələt qəsəbəsini böyük logistik və nəqliyyat qovşağına çevirəcək: "Düşünürük ki, cari ildə hüquqi təməl qoyularaq azad ticarət zonası öz fəaliyyətinə başlayacaq".

Transxəzər beynəlxalq nəqliyyat marşrutuna qoşulacaq digər limanlara gəlincə, baş direktor bildirib ki, Aktau limanından sonra Qazaxıstanın Kurik və Türkiyənin Samsun, o cümlədən digər limanların da sözügedən marşruta cəlb olunması gözlənilir.
 
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş direktorunun köməkçisi Ömer Kocaman regiondakı limanlarda həyata keçiriləcək işlər, gömrük məntəqələrində reallaşdırılacaq vacib islahatlar barədə məlumat verib. O qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan dövlətlər yükdaşımalardan maksimum faydalanması çox vacibdir: "Bu gün Çin və Avropa arasında yükdaşımalardan əldə olunan gəlir 600 mlrd.
 dollardır. 2020-ci ilə qədər isə bu rəqəm 800 mlrd. dollara çatacaq. Buna yalnız ticari əlaqələrin genişləndirilməsi, yükdaşımaların həcminin artırılması hesabına nail olmaq olar. Buna görə, Çindən gələn yüklərin Qırğızıstan, Qazaxıstan, Xəzər dənizi və Türkiyədən keçməklə Avropa bazarına çıxarılması çox önəmlidir. Bu səbəbdən Qazaxıstandakı Aktau və Kurik, Ələt limanı ən müasir sistemlərlə təchiz olunmalı, modernləşdirmə işlərinin həyata keçirilməsi olduqca vacibdir. Çünki bundan ölkələrimiz böyük mənfəət əldə edəcək".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol