• $
  • €
  • ₽
  • ₺
  • £

Əmlak sahibi olmaq istəyənlərə yeni fürsət

Əmlak sahibi olmaq istəyənlərə yeni fürsət
22.05.2017 13:19
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 20-də yeni hərrac keçiriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, hərraca ümumilikdə 193 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 90-nı kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi və 8-i nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək.
 
Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Zaqatala, Şəki, Yevlax, Şəmkir, Balakən və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Binəqədi Əmlak Kompleksi, Bakının Sabunçu rayonunda yerləşən Yardımçı Təsərrüfat, Balakən Əmlak Kompleksi kimi iri dövlət əmlakları var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Binəqədi Əmlak Kompleksidir. 900 min manata təklif olunan müəssisənin torpaq sahəsi 2853,4 kv.m, ümumi faydalı sahəsi isə 838,3 kv.m-dir. Bundan başqa Balakən Əmlak Kompleksi 550 min manata, paytaxtın Sabunçu rayonunda yerləşən Yardımçı Təsərrüfat 542 min 500 manata hərraca çıxarılıb. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 65-i paytaxtda, qalanları isə Sumqayıtda, Şirvan şəhərlərində yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxın Səbail rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 250 min manat start qiyməti ilə hərraca çıxarılıb. Həmin əmlakın ümumi faydalı sahəsi 600 kv.m təşkil edir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 10 kv.m ilə 600 kv.m arasında dəyişir. Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan paytaxtın Yasamal rayonunda yerləşən, sahəsi 47,4 kv.m olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 4 min 500 manat təşkil edir. Həmçinin Bakının Xətai rayonunda yerləşən sahəsi 11 kv.m, ilkin start qiyməti isə 3 min 750 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar. Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Qax Taxıl”, "Saatlı Broyler”, "Ağdaş Quşçuluq”, "Boradigah Çay-2”, "Yevlax Kəndnəqliyyat”, "İmişli Yağ Pendir” kimi səhmdar cəmiyyətlər var.

Hərraca çıxarılan 8 nəqliyyat vasitəsinin qiyməti isə 461 manatla 4 min 50 manat arasında dəyişir. Özəlləşdirilən nəqliyyat vasitələrinin markaları da müxtəlifdir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol