• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda kirayə mənzillər kəskin bahalaşıb – QİYMƏTLƏR

Bakıda kirayə mənzillər kəskin bahalaşıb – QİYMƏTLƏR
22.05.2017 20:00
"Bakıda kirayə mənzillər son bir ayda kəskin bahalaşıb. Söhbət şəhərin mərkəzi hissələrində yerləşən 1 və 2 otaqlı yeni mənzillərdən gedir”. 

Anews.az xəbər verir ki, əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov Fins.az-a bildirib ki, son bir ayda ölkəyə gələn turistlərin artması, İslam Oyunlarının keçirilməsi Bakıda günlük kirayə mənzillərə tələbi artırıb.

Nəticədə, kirayə qiymətlərində xeyli artım müşahidə edilir. 

"İslam Oyunlarına görə kirayə evlərə tələb artıb”

Ekspert bildirib ki, turistlər adətən orta qiymətli kirayə evlərə və yaxud hotellərə üstünlük verirlər. Hazırda isə Bakıda hotellərin qiymətləri ya çox yüksəkdir, ya da çox aşağıdır. Şəhərin mərkəzində 4 ulduzlu hoteldə 1 otaqlı nömrənin qiyməti 90 manat, 2 otaqlı mənzil 150-160 manatdır. Günü 20-30 manat olan ucuz hotellər isə şəhərdən çox kənardır və keyfiyyətsizdir. Digər tərəfdən nəqliyyata sərf edilən vaxtı və xərcləri nəzərə alsaq, bu da turist üçün əlverişli deyil.

"Aylıq kirayə mənzilləri turistlərə günlük verməklə qazanırlar”

Bunu analiz edən şəxslər şəhərin mərkəzi hissələrində bütün avadanlığı olan 500-1000 manata kirayə evləri sahibindən bir neçə aylıq kirayə götürürlər. Kirayə xərci 20-30 manat təşkil edən evi xarici turistlərə 50-70 manata təklif edirlər.

"Torqovı”da hətta evini hostel edənlər var”

Nəticədə "İçərişəhər”, "Sahil” metrosu, 28 May küçəsi, "Torqovı”, "Gənclik”, "Nərimanov” metrosu və digər mərkəzi hissələrdə evlərin kirayəsinə tələb artıb. V.Hüseynov deyib ki, hətta "Torqovı”da evlərini hostel kimi turistlərə kirayə verənlər var.

 "Sosial şəbəkələrdə və kiçik saytlarda xarici dildə elanlar verilir”

Ekspertin sözlərinə görə, bunu yerli əmlak elanı saytlarında kirayə verilən mənzillərlə bağlı müşahidələr də göstərir: "Yerli əmlak saytlarında gündə 20-30 kirayə ev çıxarılır. Bunu araşdırdıq. Məlum oldu ki, şəhərin mərkəzi hissəsindəki kirayə evlər xarici dildə sosial şəbəkələrdə və kiçik saytlarda turistlərə təklif edilir”.

 "Kirayə mənzillər 50%-dən çox bahalaşıb”

Nəticədə, bu ərazilərdə 1-2 otaqlı mənzillərin kirayəsi 50%-dən çox bahalaşıb. Məsələn, aylıq kirayəsi 500-700 manata olan 1 otaqlı mənzil indi 1100 manata təklif edilir. 600-800 manata təklif edilən kirayə evlər isə 1200 manata kimi bahalaşıb.

"Bahalaşma müvəqqətidir”

V.Hüseynov bu tendensiyanın müvəqqəti olduğunu bildirib: "Qarşıdan "Formula 1” yarışları gəlsə də, adətən varlı təbəqədən olan insanlar bu yarışlara maraq göstərir. Belə şəxslər isə bahalı hotellərdə qalmağa üstünlük verirlər. 

Digər tərəfdən, yay aylarında xarici turistlərin Bakıya marağı azalır. Belə olan halda kirayə mənzillərə tələbin azalması, kirayə qiymətlərini yenidən əvvəlki səviyyəyə qaytara bilər”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol