• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Meksika dövriyyə iki dəfə artıb

Azərbaycan və Meksika dövriyyə iki dəfə artıb
23.05.2017 18:40
Meksika səfiri Rodrigo Labardini Azərbaycandakı fəaliyyətinin ikinci ildönümünü qeyd edir. Diplomat, bu diplomatik nümayəndəliyin açılmasından 8 ay sonra Meksikanın Azərbaycandakı ilk səfiri kimi işə başlayıb.

Meksikanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin fəaliyyətə başlamasından sonra çoxsaylı sahələrdə keçirilən tədbirlər proqramı fəallaşdı. Mədəni tədbirlərin müxtəlifliyi Azərbaycan publikasına Meksika mədəniyyətinin xüsusiyyətləri ilə tanış olmağa imkan yaratdı. Bu dövr ərzində baş tutan ikitərəfli səfər və görüşlər sayəsində siyasi, iqtisadi və ticari əlaqələr inkişaf edib.

Xüsusilə, hər iki ölkənin səfirliklərinin açılması ikitərəfli ticarət artımını stimullaşdırdı. 2014-2015-ci illər ərzində ticarət üç qat artaraq, 22 milyon dollardan artıq təşkil edib. Oxşar rəqəmlər 2016-ci ilə də aiddir. Bu artım ticarətin yeni orta göstəricisini əks etdirir. Hazırkı rəqəmlər hələ ki, ölkələr arasında mövcud potensiala cavab vermir. Eyni şəkildə, ikitərəfli turizm sektorunda da üçqat artım müşahidə olunur.

Azərbaycan publikasının maraq göstərdiyi sahələrdən biri də Meksika mədəniyyəti və mətbəxidir. Ənənəvi Meksika mətbəxi YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsi kimi tanınır. Bu mədəni ifadə yalnız dadları və ənənələri deyil, eyni zamanda, həyat tərzləri, təbiət və bolüşmək formalarını da təqdim edir. Bu xüsusda, 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinə gələn qonaqların Meksika pavilyonuna göstərdikləri marağı yada salmaq olar. Pavilyonda Meksika istehsalı olan 16 kateqoriyalı məhsullar təqdim olunub, onların arasında üyüdülmüş çili bibəri, çili bibəri tərkibli şirniyyatlar, meyvələr, içkilər, noxud və lobya kimi dənli bitkilər, həmçinin, pivə, tekila və mezkal.

Adıçəkilən dövr ərzində Meksikanın müxtəlif ənənəvi və müasir filmləri təqdim olundu, onlardan bəziləri Azərbaycan dilinə tərcümə edilib. Həmçinin qeyd etmək lazımdır ki, Meksika rəssamlıq nümunələri yalnız Bakıda deyil, eyni zamanda, Azərbaycanın digər şəhərlərində nümayiş olunmuşdur. Belə ki, 2016-ci ildə səyyar rəssamlıq sərgisi Gəncə, Mingəçevir, Qəbələ və Şamaxı şəhərlərində keçirilmişdir. Hazırda isə meksikalı heykəltəraş Xorxe Marinin əsərləri Heydər Əliyev Mərkəzində publika üçün nümayiş olunur. Sərgi 2016-ci ilin oktyabr ayında açılmış və hazırkı ilin avqust ayının sonlarınadək uzadılıb.

Səfirlik bundan sonra da, Meksika ilə Azərbaycan arasında dostluğu inkişaf etdirərək ikitərəfli münasibətlərin fəal təşviqini həyata keçirəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol