200-ə yaxın dərmanın qiyməti təsdiqləndi

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq yeni qeydiyyatdan keçmiş 200-ə yaxın dərman vasitəsinin qiyməti təsdiq edilib.
Ümumilikdə, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 10361 dərman vasitəsinin tam siyahısı Şuranın rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























