• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın dəstəyi ilə “Made in Azerbaijan – 2” layihəsi yekunlaşdı

Kapital Bank-ın dəstəyi ilə “Made in Azerbaijan – 2” layihəsi yekunlaşdı
25.05.2017 10:50
Ölkədə təhsilin inkişafına mühüm önəm verən Kapital Bank, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün "Made in Azerbaijan – 2” müsabiqəsi keçirib. Müsabiqənin şərtlərinə əsasən, tələbələr Azərbaycan brendini yaratmaq üçün öz biznes ideyalarını təqdim ediblər.

Dünən layihə yekunlaşıb və qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirin sonunda 6 finalçı biznes ideyalarını təqdim edib və münsiflər heyəti 3 qalibi seçib. Qaliblərə Kapital Bank adından pul mükafatı, korporativ hədiyyələr, həmçinin sertifikatlar təqdim edilib. Birinci yerin qalibi 2000 AZN, ikinci yer 1500 AZN, üçüncü yer 1000 AZN ilə mükafatlandırılıb. Digər finalçılara isə korporativ hədiyyələr verilib.

"Ötən il Kapital Bank-la Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində "Made in Azerbaijan” layihəsi keçirilib, həmçinin "İnnovativ Bankçılıq” laboratoriyası tələbələrin ixtiyarına verilib. Bu ilki müsabiqədə də bir sıra maraqlı biznes ideyalar təqdim edilib və ən yaxşıları seçilib. Kapital Bank gələcəkdə də İqtisad Universiteti ilə müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırır” – deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə edilməsi departamenti direktoru Fərqanə Məmmədova bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol