• $
  • €
  • ₽
  • ₺
  • £

İşsizliyə görə sığorta ödənişi kimlərə veriləcək?

İşsizliyə görə sığorta ödənişi kimlərə veriləcək?
25.05.2017 20:00
Azərbaycanda işsizliyə görə sığorta ödənişinin kimlərə və nə qədər veriləcəyi müəyyənləşdirilir.

Trend-in məlumatına görə, "İşsizlikdən sığorta haqqında” qanun layihəsinə əsasən, Azərbaycanda işsizlikdən sığorta ödənişini yalnız bəzi işsizlər ala biləcəklər.

Bu sığorta ödənişinin təyin edilməsi hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərinin ştatlarının ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və "Məşğulluq haqqında” qanunla müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər.

Qanun layihəsinə əsasən, sığorta ödənişi şəxslərə bəzi qaydalar və hesablamalar əsasında veriləcək. İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik olan əmək qabiliyyətli şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olaraq, itirilmiş orta aylıq əmək haqqının məbləğinə 50-60 faiz dərəcəsi əlavə edilməklə hesablanacaq.

İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajına malik olan əmək qabiliyyətli şəxslər üçün minimum sığorta ödənişi məbləğində sığorta ödənişi hesablanır. Minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğinə bərabər tutulur.

İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir. İlk 2 təqvim ayı üçün 100, 3-4-cü ay üçün 80 faiz, 5-6-cı ay üçün 70 faiz məbləğində hesablanır. Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir.

Sığorta ödənişinin verilməsi bir sıra hallarda dayandırılacaq. Belə ki, onu alan şəxs iki təklif olunan münasib işdən, peşə hazırlığından və ya əlavə təhsildən imtina etdikdə, sığorta ödənişi aldığı dövrdə müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən işə düzəldikdə, işə bərpa edildikdə, ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunduqda, hərbi xidmətə çağırıldıqda və sair hallarda ödənişdən məhrum olur.

İşsizlikdən sığorta üzrə sığorta tarifləri işçinin əmək haqqının 0,5 faizi, hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində müəyyən edilir.

Qeyd edək ki, "İşsizlikdən sığorta haqqında” qanun layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar sessiyasında müzakirəyə çıxarılacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol