• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il 46 nəfərə “Əmək veteranı” adı və vəsiqəsi verilib

Bu il 46 nəfərə “Əmək veteranı” adı və vəsiqəsi verilib
25.05.2017 19:19
Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 46 nəfər şəxsə "Əmək veteranı” adı və vəsiqəsi verilib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin ötən dövründə "Əmək veteranı” adı və vəsiqəsi verilən şəxslərin sayı 46 nəfər təşkil edib. Bunu "APA-Economics”ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.
 
Nazirlik rəsmisi bildirib ki, müvafiq qanunvericiliyə əsasən, "Əmək veteranı” adı və vəsiqəsi yaşa görə pensiya hüququ qazanmış, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara (əmək stajı 40 ildən artıq olan kişilərə və  30 ildən artıq olan qadınlara) verilir.
 
"Əgər vətəndaş əmək fəaliyyətini davam etdirirsə - hazırda işlədiyi müəssisənin, pensiyaya çıxdığı halda - sonuncu dəfə işləmiş olduğu müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən ona müraciətinə əsasən bu ad və vəsiqənin verilməsi təmin olunur. Şəxsin sonuncu işlədiyi müəssisə hazırda fəaliyyət göstərmirsə, yaxud hazırda işlədiyi və ya sonuncu dəfə işləmiş olduğu iş yeri qeyri-dövlət müəssisəsinə aiddirsə, belə hallarda "Əmək veteranı” adı və vəsiqəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur. "Nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) "Fəaliyyət və xidmətlər” bölümündə "Əmək veteranı” adı və vəsiqəsinin verilməsi qaydası, bunun üçün tələb olunan sənədlərin siyahısı əksini tapıb”, - deyə E. Babayev vurğulayıb.
 
Şöbə müdiri sözlərinə görə, ötən il "Əmək veteranı” adı və vəsiqəsi verilən şəxslərin sayı isə 174 nəfər təşkil edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol