• $
  • €
  • ₽
  • ₺
  • £

Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd yolunun tikintisi bitib

Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd yolunun tikintisi bitib
27.05.2017 15:00
Avtomobil yolunun 2,1 km-lik hissəsi IV texniki dərəcəyə uyğun yenidən qurulub

Şəkidə 18,2 km uzunluğunda olan Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.

"Azəravtoyol" ASC-dən "Report"a verilən məlumata görə, layihə çərçivəsində avtomobil yolunun 2,1 km-lik hissəsi IV texniki dərəcəyə uyğun yenidən qurulub. Bu hissədə yol əsasının eni 6 m, çiyinlərin eni isə hər iki istiqamət üzrə 2 m olmaqla, yol yatağının eni 10 m təşkil edir.

Yolun 4 km-lik hissəsi 5-ci texniki dərəcəyə uyğun olaraq salınıb. Burda yol əsasının eni 4,5 m, çiyinlərin eni isə hər iki istiqamət üzrə 1,75 m olmaqla, yol yatağının eni 8 m təşkil edir. Qeyd olunan hər iki hissədə artıq yol yatağının və yol əsasının inşası, 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri tam olaraq bitib.

Avtomobil yolunun qalan 12,1 km-lik hissəsi isə 3-cü texniki dərəcəyə uyğun inşa olunur. Bu hissədə yol əsasının eni 7 m, çiyinlərin eni isə hər iki istiqamət üzrə 2,5 m olmaqla, yol yatağının eni 12 m-dir. Sözügedən ərazinin 5 km-lik hissəsində tikinti işləri artıq bitib. Hazırda işlər qalan 6 km-lik hissədə aparılır, yol asfaltlanır. 

Ümumilikdə avtomobil yoluna 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Layihə üzrə yol boyu asfaltlanacaq ərazi 110 min kv. m təşkil edir.

Yenidənqurma işləri zamanı avtomobil yolunda 12 yerdə ümumi uzunluğu 144 m olan müxtəlif diametrli dəmir və metal suötürücü borular tikilib, 384 m uzunluğunda isə arx çəkilib və yağış sularının kənarlaşdırılması üçün ehtiyyat borular qoyulub.

Tikinti işləri tamamilə yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərə 78 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, 12 km uzunluğunda isə yolcizgi və yol göstərici xətlər çəkiləcək.

Qeyd edək ki, 18 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə payız- qış aylarında yaranan problemləri aradan qaldırmaqla vətəndaşların gediş- gəlişini rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq, ən əsası isə yeni yol kənd təsərrüfatının inkişafına və yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol