Azərbaycan içki idxalını 61% artırıb

Bu məhsulların xaricə ixracı isə illik müqayisədə 32% artıb.
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 7 594,13 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1 848,43 min dollar və yaxud 32,17% çoxdur.
Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,22%-ni təşkil edib.
Cari ilin ilk 4 ayı ərzində isə Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 16 715,17 min dollar olub. Bu isə bir il əvvələ nisbətən 6 318,18 min dollar və yaxud 60,77% çoxdur.
Bu məhsulların idxalı ölkənin ümumi idxalında 0,77%-lik paya malik olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























