• $
  • €
  • ₽
  • ₺
  • £

"Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi" layihəsinin ikinci mərhələsi elan edilib

"Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi" layihəsinin ikinci mərhələsi elan edilib
26.05.2017 16:41
"Azərkosmos” ASC "Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsinin ikinci mərhələsini elan edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd "Azersky” peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir.

Layihə çərçivəsində elmi tədqiqat institutları, universitetlər, elmi tədqiqatla məşğul olan digər qurumlar, həmçinin hüquqi və ya fiziki şəxslər öz təkliflərini təqdim edə bilərlər.

Təkliflər 31 iyul 2017-ci il tarixinədək qəbul olunacaq.

"Azərkosmos” ASC 29 sentyabr 2017-ci il tarixinədək qaliblər təkliflərindəki tələblərə uyğun olaraq "Azersky” peyki vasitəsi ilə çəkilmiş təsvirlərlə təmənnasız təmin edəcək. Qalib təkliflərin seçimi zamanı layihənin "Azersky”dan alınan məlumatların yaradıcı formada istifadəsi və təklifin icrasının mümkünlüyü, ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması, innovativlik kimi meyarlar nəzərə alınacaq.

Layihə barədə ətraflı məlumatı "www.azercosmos.com” internet səhifəsindən və (012) 565 00 55 (daxili 216) nömrəsi ilə əlaqə saxlayaraq almaq olar.

Məlumat üçün bildirək ki, "Azersky” peykinin təsvirlərindən elektron kənd təsərrüfatının qurulmasında və kənd təsərrüfatı məhsullarının monitorinqində, xəritəçəkmədə, hasilat, infrastruktur, planlaşdırma və monitorinq işlərində, kadastr məlumatlarının yenilənməsində, dənizdə və quruda neft çirklənmələrinin tədqiqində, eləcə də müdafiə və təhlükəsizlik sahələrində istifadə olunur.

Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos” tərəfindən idarə edilən "Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən "Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, "Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı "www.azercosmos.com” internet səhifəsindən ala bilərsiniz.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol