• $
  • €
  • ₽
  • ₺
  • £

ALBALI PLUS kartının 5 yaşı ilə bağlı futbol çempionatı keçirilir

ALBALI  PLUS  kartının 5 yaşı ilə bağlı futbol çempionatı keçirilir
26.05.2017 18:40
Ölkə kart bazarının unikal məhsulu olan ALBALI PLUS kartı bu dəfə partnyorlarını biznes aləmində deyil, futbol meydançasında bir araya gətirib. ALBALI PLUS kartının 5 yaşı ilə  bağlı ALBALI PLUS Kuboku uğrunda Futbol Çempionatında 30-a yaxın komanda yaşıl meydanda rəqib olublar. Unibankın və partnyor komandaların qatıldığı çempionat aprelin 29-dan başlayıb. Hazırda 4 komanda yarımfinal mərhələdə mübarizəyə hazırlaşır.
 
Mayın 27-si keçirələcək yarımfinal görüşündə PeraPlastic Group – Unibank və Metak – World Telecom komandaları final uğrunda yarışacaqlar. Finala çıxan iki komandanı isə iyunun 11-də Tennis Akademiyasının futbol meydançasında gərgin oyun gözləyir.  Saat 19.00-da başlayan final oyununu hər kəs izləyə bilər. Hər birinizi həyəcan dolu final oyununu izləməyə və qalib komandaların möhtəşəm mükafatlandırma mərasiminə dəvət edirik.
 


Qeyd edək ki, "ALBALI PLUS" kuboku uğrunda futbol çempionatında  dövlət qurumları və özəl şirkətlərin komandaları iştirak edib: Maliyyə Bazarlarına Nəzarət  Palatası, GroupOne (Paul Restoranları),  Kontakt Home,  Bluplanet Distrubition (Go Sport və Courir mağazaları),  Ştutqart,  Araz Marketlər,  World Telecom,  Azroshen,  Şərq Motors, Oba Marketlər, Barkers Univermağı, Dalğıc MMC, Goldenpay, Milli kart, Metak, Atəşgah Siğorta, PeraPlastic Group, VİB LTD, LC Waikiki, Axa Mbask, Bakcell, ICELAND və Unibank.

Çempionat olimpiya sistemi, yəni "uduzan çıxdı" qaydası ilə keçirilib. Oyunlar AFFA hakimləri tərəfindən idarə olunur. Qalib gələn komandaları kubok və medallarla yanaşı, pul mükafatı gözləyir. Çempionatın ən çox qol vurmuş oyunçusuna da xüsusi hədiyyə təqdim olunacaq.
Unibank-hər kəsin bankı!

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol