• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur - FOTO

Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur - FOTO
29.05.2020 07:17
Şəkinin qədim yaşayış məskəni Kiş kəndinə və bura yaxın ərazilərdə yerləşən turizm məkanlarına gedən avtomobil yolu yeindən qurulur.

"Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 7.2 km-dir. Layihəyə uyğun olaraq 7 m enində yol əsası və 2 m enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 m təşkil edir.

Hazırda yol boyu torpaq işləri görülür, yolun yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır. Torpaq işləri yekunlaşdıqdan sonra yola 2 qat olmaqla 13 sm qalınlığında yeni asfalt-beton örtüyü salınacaq.

Bundan başqa, təmir-tikinti işləri çərçivəsində yol boyu ümumi uzunluğu 164 m olan müxtəlif diametrli dəmir-beton suötürücü borular qoyulacaq, hərəkətin normal təşkili üçün 60 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq.

Yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol