• $
  • €
  • ₽
  • ₺
  • £

“Moody’s”: ABB-nin xarici kreditorları restrukturizasiya planını təsdiqləyəcək

“Moody’s”: ABB-nin xarici kreditorları restrukturizasiya planını təsdiqləyəcək
27.05.2017 19:00
Azərbaycan Beynəlxalq Bankının (ABB) mayın 23-də beynəlxalq kreditorlara təqdim etdiyi xarici öhdəliklərin restrukturizasiyası planının təsdiqlənməsinə investorlar tərəfindən razılıq veriləcək. 

Anews.az APA-ya istinadən xəbər verir ki, bunu "BNE Intellnews” nəşrinə müsahibəsində "Moody’s” beynəlxalq reytinq agentliyinin vitse-prezidenti Mariya Malyukova bildirib.

M.Malyukova qeyd edib ki, kreditorların təsdiqləyəcəyi plana əsasən, ABB-nin investorlar qarşısındakı öhdəlikləri suveren istiqrazlarla əvəzlənəcək, ödəniş müddəti uzadılacaq və gəlirlilik azalacaq. "Kreditorlar restrukturizasiya planını təsdiqləməzsə, alternativ variant bankın ləğv olunması ola bilər ki, bu da kreditorlar üçün daha böyük itki dəməkdir”, - deyə analitik izah edib.

Restrukturizasiya planı elan olunduqdan sonra "Fitch Ratings” ABB-nin reytinqini "CCC” səviyyəsindən "RD”, yəni məhdud defolt səviyyəsinədək endirib. M.Malyukova bildirib ki, "Moody’s” analoji addımı atmayacaq.
 
Mayın 11-də ABB xarici öhdəliklər üzrə ödənişləri dayandırdığını və xarici valyutada olan borcunun restrukturizasuyasını elan edib. Həmin gün Maliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, xarici valyutada olan borc suveren bondlarla (istiqrazlarla) əvəzlənəcək. Restrukturizasiya planından görünür ki, söhbət 3,34 mln. dollarlıq xarici öhdəlikdən gedir. Ən iri kreditorlar qismində ABB-yə 1,1 mlrd. dollarlıq depozit yatıran Azərbaycan Dövlət Neft Fondudur (ARDNF) və ABŞ-ın iki nəhəngi - "Cargill” və "Citibank” çıxış edir. ABB-nin Nyu-York məhkəməsinə defolt elan olunması ilə bağlı müraciəti investorlar üçün şok olub. Belə ki, 2015-ci ildən etibarən hökumət banka kapitallaşma, toksik aktivlərin təmizlənməsi üçün zəruri dəstəyi verib.

Restrukturizasiya planı xarici kreditorların ⅔-si tərəfindən razılaşdırıldığı halda onun icrasına başlanılacaq. Bildirilir ki, ABB "Cargill” üçün olduqca əlverişli, daha az itkiyə səbəb olacaq variant təklif edib. Başqa sözlə, ABB restrukturizasiya planının təsdiqlənməsini təmin edib.

"Azərbaycan hökuməti indiyədək öz üzərinə 10 mlrd. manatlıq toksik aktivi götürməklə, banka ciddi dəstək verib. Bu dəstək ÜDM-in 18%-nə bərabərdir. Lakin ötən il bankın açıq valyuta mövqeyindən itkiləri 1,3 mlrd. manat təşkil edib. Görünür, hökumət bu qədər itki gözləmirdi. Bu səbəbdən ABB-nin xarici öhdəliklərinin restrukturizasiyasına qərar verilib”, - deyə M.Malyukova bildirib.

O, əlavə edib ki, xarici öhdəliklərin restrukturizasiyası planı "Moody’s” üçün də sürpriz olub. "Hazırda Azərbaycanın bank sektorunun aktivləri ÜDM-in 53%-nə bərabərdir ki, bu da hökumət üçün idarəolunan səviyyədir. Belə ki, ölkənin strateji valyuta ehtiyatları 33 mlrd. dollara və ya ÜDM-in 92%-nə bərabərdir”, - deyə vitse-prezident bildirib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol