Bakıda torpaq ücüzlaşdı

Adətən torpaq qiymətlərinin bahalaşdığı bu vaxtlarda əksinə gedən bir proses baş verir. Bakı və ətraf ərazilərdə torpaq qiymətlərində 5 faizədək ucuzlaşma müşahidə olunur. Mütəxəssislər bunu daşınmaz əmlak bazarında meydana gələn yeni şəraitlə izah edirlər.
Anews.az xezerxəbər-ə istinadən məlumatına görə, Bakıda aprel-may aylarında adətən torpaq qiymətləri artdığı halda bu il qiymətlərdə enmə müşahidə edilir. Ucuzlaşma təxminən 5 faiz civarındadır. Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri Vəfadar Axundov bunun hazır evlərin qiymətinin ucuzlaşması ilə bağlı olduğunu bildirir.
Ən ucuz torpaq qiymətləri isə paytaxtın müxtəlif bölgələrində və Bakıətrafı ərazilərdə təxminən 1500-6000 manat arasında dəyişir.
Tikinti bazarında da xaricdən gətirilən materialların qiyməti baha olduğuna görə insanlar hazırda bina tikməkdən daha çox hazır ev almağa üstünlük verirlər. Vəfadar Axundov daşınmaz əmlak bazarının canlanmasını ölkə iqtisadiyyatı baxımından da vacib sayır. Çünki bu sahənin canlanması eyni zamanda sığorta, bank kimi sahələrin də inkişafı deməkdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























