• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlar oruc tuta bilərmi?

Uşaqlar oruc tuta bilərmi?
29.05.2017 23:13
Ramazan ayında uşaqlarının oruc tutmasını istəyən ailələr və uşaqlar bəzi məqamlara diqqət etməlidirlər. Belə ki, ailələrdə böyüklərlə birlikdə oruc tutmaq istəyən uşaqların bu istəyi xoş qarşılansa da, bəzi məqamlara xüsusi fikir vermək lazımdır.

Xüsusən yayda uşaqların 17 saata qədər ac, susuz qalması xeyli çətin görünür. Ekspertlərin uşaqların Ramazanda necə oruc tutması ilə bağlı bəzi məsləhətləri var.

Publika.az uşaqların necə oruc tutması ilə bağlı tövsiyələri təqdim edir.

Uşaqların metabolizması böyüklərdən fərqlidir. Bu baxımdan onların gün ərzində mütəmadi olaraq vitamin və minerallar qəbul etməsi lazımdır. Xüsusən də, yayda məktəblilərin tətildə olduğu vaxtda kənar məşğuliyyətləri artır. Buna görə də, onların mineral, vitamin və su ehtiyacı da artmış olur. Bununla yanaşı, yay aylarında əlavə kurslara, məşğələlərə gedən uşaqların zehninin də yaxşı işləməsi üçün su və enerji ehtiyacı təmin edilməlidir.

Bəs Ramazanda azyaşlılar necə oruc tutmalıdır ki, sağlamlıq baxımından da zərər görməsinlər?

Ekspertlər məsləhət görür ki, ilk günlər uşaqlar imsaka qalxsa da, günorta saatlarında onlar yemək yeməlidirlər. Bu zaman əsasən ayran və onları tox tutacaq qidalar verilməlidir.

Uşaqlar axşam ailə ilə birlikdə iftar etməlidir. Bu zaman onların sürətli yeməmələri və loğmaları yaxşı çeynəmələrinə diqqət etmək lazımdır. Şəkər ehtiyacını ödəmək üçün qarpız, şaftalı, üzüm kimi sulu meyvələr yeyilməlidir.

Hər gün ard-arda oruc tutmaq əvəzinə əvvəlcə yarım gün tutulması daha məsləhətli hesab edilir. Bu zaman uşaqların qısa zamanda çox çəki itirməməsinə də diqqət yetirmək lazımdır.

İmsakda çoxlu şəkərli qida yeməmələri üçün xəbərdarlıq edin. Çünki bu zaman uşaq daha tez acacaq, susayacaq. Ona bu məhdudiyyətin səbəbini izah etmək lazımdır. Uzun müddət tox qalması üçün proteini yüksək olan qidalar verin. Səhər yeməyində süfrədə yumurta, yağ, qatıq və pendir mütləq olmalıdır. Çox az bal və bəhməz də yemək olar. Kolbasa və sosiska kimi duzlu qidalar məsləhət deyil.

Uşaqlar üçün Ramazanda qidalanma qədər yuxu da vacibdir. Unutmaq olmaz ki, uşaqların yuxu ehtiyacı böyüklərdən daha çoxdur. Ona görə də, Ramazanda uşaqların mümkün qədər tez yatması vacibdir.

Oruc tutan uşaqlarınızın uzun müddət açıq havada qalmamasına diqqət edin. Günəş altında uzun müddət oynamaq bədəndə su ehtiyatını tükəndirir. Bu da günvurmaya səbəb olur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol