Parlament 2016-cı il dövlət büdcəsinin icrasını təsdiq etdi

Milli Məclisin bugünkü plenar iclasında "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə edilib.
Anews.az APA-ya istinadən xəbər verir ki, millət vəkilləri "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatla öz münasibətlərini bildiriblər.
Maliyyə naziri Samir Şərifov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında 2016-cı ildə mühüm sosial vəzifələr icra olunub.
"İqtisadiyyatın yeni reallıqlara adaptasiyası baş verib”, - deyə nazir qeyd edib.
Müzakirələrdən sonra adıçəkilən qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat səsə qoyularaq qəbul edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























