• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya xarici şirkətlə birgə yeni loukoster yaratmaq istəyir

Rusiya xarici şirkətlə birgə yeni loukoster yaratmaq istəyir
01.06.2017 14:20
Hazırda müvafiq məsələ xarici aviaşirkətlərlə müzakirə edilir.

Rusiya xarici kapitalın iştirakı ilə yeni loukoster aviaşirkətinin yaradılması imkanlarını nəzərdən keçirir.
 
"Report" xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.

Bununla əlaqədar olaraq Malayziyanın "Air Asia", Macarıstanın "Wizz Air", Türkiyənin "Pegasus" şirkətləri də daxil olmaqla bir sıra iri əcnəbi aşağıbüdcəli şirkətlərlə məsləhətləşmələr aparılıb. Görüşlərdə xüsusilə birgə müəssisənin yaradılması müzakirə olunub. Bundan başqa, ilkin danışıqlar Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə aparılıb.

Yeni aviadaşıyıcının istismar üçün artıq sertifikata malik rusiyalı aviaşirkətin bazasında yaradılacağı güman edilir. Layihə iştirakçıları loukosterin uçuşlarının, məsələn, Sankt-Petereburqun "Pulkovo" kimi iri regional hava limanlarından yerinə yetirilməsi imkanını nəzərdən keçirirlər.

"Bu, Moskvadan yan keçərək regionlarda marşrut şəbəkəsinin genişlənməsinə və hələlik ancaq məhdud sayda təklif edilən ucuz aviadaşıyıcılara olan tələbatı ödəməyə imkan verərdi", - mənbə bildirib.

Qəzet qeyd edib ki, yeni loukosterin yaradılmasına dair danışıqlar Rusiyada aviadaşımaların kəskin artımı fonunda aparılır. Belə ki, bu ilin yanvar-aprel aylarında bu göstərici 20,8%-dək yüksələrək 27,1 mln. nəfər təşkil edib.

Xatırladaq ki, Rusiya ilk dəfə 2009-cu ildə ABŞ-ın "Indigo Partners" fondunun iştirakı ilə "Avianova" loukosterini yaratmışdı. Ən ucuz bazar qiymətləri təklif edən şirkət 2011-ci ildə borclarının çox olmasına görə fəaliyyətini dayandırdı. Hazırda Rusiyada işləyən yeganə aşağıbüdcəli şirkət "Pobeda"dır. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol