Xöşbəxt Yusifzadə: “AÇG”yə $42 mlrd sərmayə qoyulub

"Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının dərinsulu hissəsindən indiyədək 428,4 mln. ton neft və 133 mlrd. kubmetr qaz hasil edilib.
Anews.az-ın məlumatına görə, bunu Bakıda keçirilən Beynəlxalq Xəzər neft-qaz konfransında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
O deyib ki, AÇG layihəsinə 42 mlrd. dollardan çox sərmayə qoyulub.
O qeyd edib ki, SOCAR-ın "Azneft” İstehsalat Birliyi tərəfindən 2016-cı ildə 6,2 mln. ton neft, 5,6 mlrd. kubmetr qaz hasil edilib:
"Hasil edilən neft və qaz daxili, eləcə də xarici bazarlara çıxarılıb”.
X.Yusifzadə, həmçinin Azərbaycanın nəhəng enerji layihələrinin təşəbbüskarı olduğunu vurğulayıb:
"Hazırda həyata keçirilən "Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın ən böyük enerji və infrastruktur layihəsidir. Eyni zamanda, bu layihə Avropa İttifaqı tərəfindən də dəstəklənir”.
O bildirib ki, hazırda istismar edilən "Şahdəniz-1” layihəsində sabit dinamika əldə olunub:
"Bu mərhələdə qaz hasilatı ildə 9 mlrd. kubmetr təşkil edir. İşlənmənin ikinci mərhələsində əlavə olaraq 16 mlrd. kubmetr qaz hasil ediləcək. Bunun üçün mühüm tədbirlər görülür. 26 sualtı quyu, 2 yeni platforma inşa olunur. 300 kilometr uzunluğunda sualtı boru kəmərləri çəkilir. Səngəçal terminalı genişləndirilir. Mayın ayının əvvəlinə layihə çərçivəsində işlərin 93 faizi yerinə yetirilib”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























