• $
  • €
  • ₽
  • ₺
  • £

FES faizləri dörd dəfə artıra bilər

FES faizləri dörd dəfə artıra bilər
01.06.2017 20:37
ABŞ iqtisadiyyatında müsbət dinamika davam edərsə, uçot dərəcəsi bu il daha 3 dəfə artırıla bilər. 

Anews.az-ın məlumatına görə, "Report” "Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı San-Fransisko ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Con Uilyams (John Williams) Seulda keçirdiyi mətbuat konfransında verib. 

C.Uilyams ABŞ iqtisadiyyatının işsizliyin 4,5% səviyyəsindən aşağı düşməsi ilə sürətləndiyini və prosesin davam edəcəyini bildirib. O, həmçinin FES-in tədricən monetar ekspansiyanı azaltmasının mümkün ola biləcəyini qeyd edib.

"FES-in bu il 3 dəfə uçot dərəcəsini artırması baza ssenarisidir. İqtisadiyyat güclənərsə, faizlərin 4 dəfə artırılması (mart artımı daxil olmaqla) dəstəklənə bilər”, - deyə C.Uilyams bildirib. 

O, FES-in növbəti addımının balansını azaltmaq olacağını və bu prosesin bu il başlaya biləcəyini ehtimal etdiyini xatırladıb. Balansın normal səviyyəyə gəlməsi üçün isə bir neçə il vaxt lazım olacaq. Uçot dərəcəsinin yaxın illərdə hansı səviyyədə ola biləcəyinə dair suala isə C.Uilyams "nəticədə, mərhələli şəkildə hərəkət edirik və 3% hədəfinə doğru irəliləyirik”, - cavabını verib.

C.Uilyams "maliyyə siyasətində 2017-ci ildə heç bir dəyişiklik gözləmirəm. Hər hansı bir dəyişiklik olacaqsa, 2018-2019-cu illərdə ola bilər”, - deyə əlavə edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol