• $
  • €
  • ₽
  • ₺
  • £

TANAP üzrə işlərin 72, TAP üzrə isə 42 faizi görülüb

TANAP üzrə işlərin 72, TAP üzrə isə 42 faizi görülüb
01.06.2017 19:19
"TANAP-ın Avropaya 10 mlrd. kubmetr qazın ötürülməsini təmin edəcək Yunanıstan sərhədinə qədər uzanacaq hissəsi 2019-cu ildə istifadəyə veriləcək”.

Anews.az-ın xəbərinə görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

O deyib ki, TANAP-ın Əskişəhərə qədər olan hissəsi isə gələn ilin ortalarında istismara veriləcək: 

"TANAP SOCAR-ın xaricdə indiyədək həyata keçirdiyi ən böyük layihədir. Layihə üzrə 72,4% işlər görülüb”.

"Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüşkarıdır”, - deyən X.Yusifzadə qeyd edib ki, hazırda həyata keçirilən "Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın ən böyük enerji və infrastruktur layihəsidir:

"İlkin mərhələdə "Cənub Qaz Dəhlizi”nin resurs mənbəyi – "Şahdəniz-2” layihəsi üzrə çıxarılan qaz həcmləri olacaq. İstismar edilən "Şahdəniz-1” layihəsində stabil dinamika əldə edilib. Bu mərhələdə qaz hasilatı ildə 9 mlrd. kubmetr təşkil edir. İşlənmənin ikinci mərhələsində isə əlavə olaraq 16 mlrd. kubmetr qaz hasil ediləcək. 

Bunun üçün zəruri tədbirlər görülür, 26 sualtı hasilat quyusu, iki yeni platforma inşa olunur, 500 km uzunluğunda sualtı boru kəmərləri çəkilir, Səngəçal terminalı genişləndirilir. 

"Şahdəniz-2” layihəsi çərçivəsində ilk dəfə Xəzər dənizində sualtı infrastruktur yaradılır. Layihə üzrə ilk qaz hasilatı üçün nəzərdə tutulan 8 quyu qazılıb, 3 quyu istismara təhvil üçün tam hazır vəziyyətdədir, bir quyuda tamamlanma işləri aparılır. 

May ayının əvvəlinə ümumilikdə "Şahdəniz-2” üzrə işlərin 93%-i yerinə yetirilib. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə isə 85%-dən çox iş görülüb”.

X.Yusifzadə TAP layihəsi üzrə hüquqi prosedurların tamamlandığını vurğulayıb:

"Yunanıstan və Albaniyada inşaat işləri uğurla davam etdirilir, İtaliyada müvafiq icazələr alınıb. TAP layihəsi üzrə ümumi işlərin 42,4%-i görülüb”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol