• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Metropoliteninin zərəri 3 dəfəyə yaxın artıb

Bakı Metropoliteninin zərəri 3 dəfəyə yaxın artıb
01.06.2017 15:20
Şirkət 2015-ci ildə olduğu kimi, 2016-cı ildə də dövlət büdcəsindən 38 mln. manat dotasiya alıb.

"Bakı Metropoliteni” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2,336 mlrd. manat təşkil edib.

"Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,9% çoxdur.

2016-cı ildə metronun cəmi kapitalı 6,5% artaraq 2,271 mlrd. manata, o cümlədən nizamnamə kapitalı 8,7% artaraq 2,581 mlrd. manat, cəmi öhdəlikləri isə 31% azalaraq 65 mln. manat olub.

Ötən il "Bakı Metropoliteni”nin gəlirləri 90,5 mln. manat olub. Bu əvvəlki ilə nisbətən cəmi 62 min manat azdır. 2015-ci ildə olduğu kimi, 2016-cı ildə də metronun gəlirlərinin 38 mln. manatlıq hissəsini dövlət büdcəsindən ayrılmış dotasiya təşkil edib. Nəqliyyat qurumunun sərnişindaşımadan gəliri 744 min manat və yaxud 1,7% azalaraq 42,3 mln. manat olub, sair əməliyyat gəliri isə 7,1% artaraq 10,2 mln. manat olub.

2016-cı ildə "Bakı Metropoliteni”nin xərcləri isə 169,2 mln. manat olub. Bu isə 2015-ci illə müqayisədə 42,3% çoxdur. Metronun xərclərinin əsas hissəsini amortizasiya xərcləri təşkil edib. Bu istiqamətdə 90,2 mln. manat xərclənib ki, bu da illik müqayisədə təxminən 95% çoxdur. Ötən il nəqliyyat qurumu işçi heyətinə isə 40,6 mln. manat xərcləyib. Bu da əvvəki ilə nisbətən 5,2% azdır. Şirkətin istifadə etdiyi elektrin enerjisinə görə xərci isə 9,1 mln. manat olub ki, bu da illik müqayisədə 19% çoxdur.

Son nəticədə "Bakı Metropoliteni” ötən ili 78,7 mln. manat zərərlə baş vurub. Bu isə əvvəlki illə müqayisədə 2,8 dəfə çoxdur. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol