• $
  • €
  • ₽
  • ₺
  • £

İsveçrənin nüfuzlu şirkəti "AzerGold"un fəaliyyətini yüksək qiymətləndirib - FOTO

İsveçrənin nüfuzlu şirkəti "AzerGold"un fəaliyyətini yüksək qiymətləndirib - FOTO
02.06.2017 11:15
"AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşlıq etdiyi dünyanın ən iri affinaj şirkətlərindən biri olan İsveçrənin nüfuzlu "Argor-Heraeus” şirkətinin nümayəndəsi Feydon Stamatopulos Azərbaycana səfərə gəlib.

Bu barədə Trend-ə "AzerGold” QSC-dən məlumat verilib.

31 may-2 iyun tarixlərində Azərbaycanda səfərdə olan şirkət nümayəndəsi Cəmiyyətin Daşkəsəndə yerləşən Çovdar filiz emalı sahəsinə baş çəkib, mədənin iş quruluşu, fəaliyyət prinsipləri ilə yerində tanış olub. F.Stamatopulos Çovdarda qurulmuş işin beynəlxalq standartlara cavab verdiyini bildirərək "AzerGold”un fəaliyyətini yüksək qiymətləndirib.

Sonra "AzerGold” QSC-nin Bakıda yerləşən baş ofisində Cəmiyyətin idarə heyətinin sədri Zakir İbrahimovla "Argor-Heraeus” nümayəndəsi arasında görüş keçirilib. Tərəflər arasında məhsuldar müzakirələr aparılıb, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi, yeni layihələrlə əlaqədar fikir mübadiləsi aparılıb.

"AzerGold” QSC Çovdar filiz emalı sahəsində istehsal olunmuş 67 ədəd qızıl-gümüş tərkibli xəlitəni iyun ayında İsveçrə şirkətinə göndərərək saflaşdıracaq və daha sonra əldə olunacaq qızıl və gümüş beynəlxalq birjada satışa çıxarılacaq. Cəmiyyət ötən ay isə "Argor-Heraeus” vasitəsilə 66 ədəd qızıl-gümüş tərkibli xəlitəni affinaj olunaraq satılmasına nail olmuş və Azərbaycan iqtisadiyyatına 35 milyon manata yaxın vəsait qazandırmışdı. Ümumilikdə, ilin sonunadək "AzerGold” QSC 2017-ci qızıl və gümüş satışından 145 milyon manata yaxın gəlir əldə etməyi planlaşdırır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol