• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Neft Fondu bu layihələr üçün dollarla vəsait ayıracaq

Dövlət Neft Fondu bu layihələr üçün dollarla vəsait ayıracaq
02.06.2017 13:40
"Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və yenidənqurma işləri üçün lazım olan vəsait Azərbaycan Dövlət Neft Fondundan veriləcək.

Anews.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib: 

"Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya işlərinin maliyyələşməsi tam olaraq dövlət tərəfindən həyata keçiriləcək. Son bir ay ərzində bu məsələlər artıq dövlət səviyyəsində həll olunub. Lazım olan vəsait Dövlət Neft Fondundan dollarla veriləcək”.

O qeyd edib ki, bu vəsait SOCAR-ın nizamnamə kapitalının artırılması hesabına olacaq.

Onun sözlərinə görə, "Azərikimya” İstehsalat Birliyində işlər üçün dövlət zəmanəti ilə kredit cəlb olunmasına icazə verilib.

"İl yarım əvvəl "UOP” və "Fluor” şirkətləri texniki-iqtisadi əsaslandırma apardılar. Həmin vaxt təxmini qiymət 1,3 mlrd. ABŞ dolları hesablanırdı. Bu vəsaitin təqribən 300 mln. dolları "Azərikimya” İB-yə, 1 mlrd. dollara yaxın isə Neft Emalı Zavodu üçün nəzərdə tutulurdu. Sonra isə ətraflı olaraq bu işlərlə məşğul olmağa başladıq.

Daha dəqiq qiymət tenderlər başa çatdıqdan sonra müəyyənləşir. Heydər Əliyev adına Neft Emalı Zavodu və "Azərikimya” İB-nin modernizasiya və yenidənqurma işləri üçün lazım olan son rəqəm təqribən 1,8 mlrd. dollar qiymətləndirilir”, - deyə o qeyd edib.

SOCAR rəsmisi deyib ki,  "Azərikimya” üçün təqribən 320-340 mln. dollar lazım ola bilər. 

T.Qəhrəmanov bildirib ki, Neft Emalı Zavodunda işlər üçün isə lazım olan vəsait 1,5 mlrd. dollar həcmində qiymətləndirilir: "Zavodda modernizasiya işlərinin qiymətinin artmasına səbəb ümumzavod təsərrüfatının yaxşı vəziyyətdə olmamasıdır”.

Onun sözlərinə görə, indiyə qədər hər iki layihə üçün sərf olunan vəsaitin həcmi 400 mln. manat təşkil edir.
 
SOCAR-ın vitse-prezidenti həmçinin qeyd edib ki, avqust ayında Neft Emalı Zavodunun təmirə dayandırılması planlaşdırılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol