“Rosneft”: Neft bazarında mübarizə kəskinləşir

"Neft bazarındakı qeyri-müəyyənlik istehlak bazarları uğrunda mübarizəni qızışdırır. Bildirməliyəm ki, hazırda bütün bazar iştirakçıları hasilatı artırmağa və satış bazarları uğrunda mübarizəni gücləndirməkdədir”.
Anews.az-ın məlumatına görə, Report Gazeta.ru saytına istinadən xəbər verir ki, bu açıqlama Rusiyanın "Rosneft” şirkətinin rəhbəri İqor Seçin tərəfindən Sankt-Peterburq iqtisadi forumu zamanı verilib.
İ.Seçin, həmçinin bildirib ki, neft sektoruna dayanıqlı və uzunmüddətli sabitlik lazımdır. Hazırda bazarda qiymətlərin sabitliyi və mənfi bazar tendensiyalarının qırılmasından söz etmək əsassızdır.
"Rosneft” rəhbəri açıqlamalarında ucuz neft qiymətlərinin uzun müddət qüvvədə olacağını xatırladıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























