• $
  • €
  • ₽
  • ₺
  • £

Azad iqtisadi zonanın yaradılması Azərbaycana nə verəcək?

Azad iqtisadi zonanın yaradılması Azərbaycana nə verəcək?
29.05.2020 07:01
Prezident İlham Əliyevin Azərbaycanda azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında sərəncamına əsasən, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində xüsusi iqtisadi zona yaradılır.  

Sərəncama əsasən, azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədilə 11 nəfərdən ibarət işçi qrup formalaşdırılıb. 

İşçi qrupa tapşırılıb ki, azad iqtisadi zonaların yaradılması ilə bağlı hazırlanmış qanun layihəsinin ekspertizasını keçirməklə, dövlətin mənafelərinin və investorların qanuni maraqlarının tarazlı şəkildə nəzərə alınmasını təmin edən sənədin yekun variantını hazırlayıb Prezidentə təqdim etsin.

Azad iqtisadi zonaların inkişaf etdirilməsi məqsədi ilə bu sahədə təcrübəsi olan xarici investor (developer) şirkətləri ilə bağlanılacaq müqavilələrin əsas şərtlərinə dair təkliflər versin. 

Anews.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Modern.az-a deyib ki, azad iqtisadi zonaların yaradılması işinin sürətləndirilməsi haqqında Prezident sərəncamı investorların ölkəmizə marağının artmasında müstəsna əhəmiyyətə malikdir:

"Həmçinin yeni xarici investisiyaların cəlb olunmasında, ölkəmizin iqtisadi potensialından səmərəli istifadə edilməsində, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun şaxələndirilməsi işinin sürətləndirilməsində, iqtisadi və ticarət əlaqələrimizin genişləndirilməsində və əhalinin məşğulluğuna müsbət təsir edə bilər”.
 
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Birləşmiş Ərəb Əmirliklərinin "DP World Group”un azad zonalar, logistika və sənaye parkları üzrə operator kimi fəaliyyət göstərən "Economic Zones World FZE” şirkəti arasında konsaltinq müqaviləsi imzalanması və daha çox Dubay modeli üzərində dayanılmasına gəlincə, parlament üzvü bunları deyib:

"Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlərin real nəticələri göstərəcək ki, beynəlxalq praktikadan məlum olan hansı modelə daha çox üstünlük verilib və gerçəkdən reallaşdırılmağa başlayıb”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol