Bakı metrosunda yenilik

Bu il yarım əsrlik yubileyini qeyd edən Bakı metropolitenində əlamətdar hadisə ilə bağlı metropoliten xətlərinə həm tematik dizayn tərtibatı, həm də xarici görkəmi ilə sərnişinlərin diqqətini çəkəcək qatar buraxılıb.
Bu barədə Metbuat.az-a Bakı "Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ön hissəsi yenilənən, əvvəlkilərdən tamamilə seçilən bu qatarda bir sıra yeniliklər elə ilk baxışdan aydın görünür. Ön və yan hissələri bənövşəyi və narıncı rəngə boyanmış qatarın tematik tərtibatı metropolitenin 50 illik yubileyinə həsr olunub. Qatar boyunca pəncərə səviyyəsində yarıməsrlik yubiley üçün hazırlanmış xüsusi fərqləndirici loqotiplər yerləşdirilib. Maşinist kabinasının ön hissəsində Azərbaycan Respublikasının dövlət bayrağı əks olunub. Giriş qapıları arasında pəncərə altı orta zolaqda isə "Yarım əsr xidmətinizdə" devizi yer alıb.
Son vaxtlar Bakı metropoliteninin loqotipinin əks olunduğu yeni tipli antivandal plastik oturacaqlar yeni təmirdən çıxmış qatarda yubiley üçün işlənmiş loqotiplərlə bəzədilib. Bütün bunlar ötən illər ərzində daim yüksək səviyyədə mədəni xidmət göstərmiş və sərnişinlərin etimadını qazanaraq bu illər ərzində onlara doğma olmuş Bakı metropoliteninin yubileyini sərnişinlərə xatırladacaq.
Yeniliklər təkcə bununla bitmir. Qatarın ön hissələrinin fərqli dizaynı da diqqət çəkir. Ön hissələri dəyişdirilən əvvəlki qatarlardan fərqli olaraq, bu qatarın işıqlanması müasir işıqdiodlu sistemlə təchiz olunub. Buna görə də forması fərqli olan yeni projektorların daha güclü və gur işıqlanması var. Maşinist kabinasının ön hissəsinin daha bir yeniliyi də müasir dövrün tələbləri ilə səsləşir. Artıq marşrut monitoru tam elektron sistemlə işləyir. Burada istiqamət göstəricisi qaçan sətirlə verilir, marşrutun say göstəricisi də elektron tabloda əks olunub. Bu isə qatarların marşrutunun avtomatik dəyişdirilməsinə xidmət göstərir.
Mövcud təlimat tələblərinə görə, 3 saylı cari təmirə dayandırılmış qatarlarda texniki tələblərə uyğun müvafiq yeniliklərlə yanaşı, qatarın elektrik sisteminin, vaqonların sərnişin salonunun plastikasının və oturacaqlarının tamamilə yenilənməsi, vaqonların korroziyadan tam təmizlənərək rənglənməsi, eləcə də müəyyən mümkün modernləşdirmə işləri aparılır. Lakin yaxın vaxtlarda qatarların əsaslı təmiri sahəsinin inşası başa çatdırılaraq, burada daha mürəkkəb işlərin, ən əsası, qatarların modernləşdirilməsinin həyata keçirilməsi mümkün olacaq.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır