Qətər rialının məzənnəsi 8 illik minimumuna enib

QE indeksi son 2 gündə 8%-dən çox geriləyib.
Qətərin milli valyutası olan rialın ABŞ dolları qarşısında məzənnəsi fyuçers müqavilələrində 8 illik minimuma enib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, nağd valyuta bazarında QAR/USD nisbəti ötən gün 3,647 səviyyəsinə qədər yüksəldikdən bir qədər sonra 3,6421 səviyyəsinə qədər geriləyib.
Həmçinin Qətərin əsas fond birjası indeksi olan "QE General" son 2 gündə 8,3% azalaraq 9 058 bəndə çatıb. Bu 2016-cı il yanvarın 24-dən etibarən ən aşağı göstəricidir.
Qeyd edək ki, iyunun 5-də 6 ərəb ölkəsi, Maldivlər və Mavritaniya Qətərlə diplomatik əlaqələri kəsdikdən sonra bəzi iqtisadi münasibətləri də dayandırıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























