• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha üç yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

Azərbaycanda daha üç yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib
07.06.2017 21:00
Hazırda Xaçmaz rayonunun Günəşli qəsəbəsində, Səlimoba və QaracikZeyid kəndlərində tikinti quraşdırma işləri davam etdirilir.

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi Xaçmaz rayonunun Tel, Xanoba və Yaquboba kəndlərinə ilk dəfə təbii qaz verib.

İB-dən "Report”a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 170 abunəçisi olan Tel kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 9 407 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 11 096 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmçinin 306 abunəçisi olan Xanoba kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 500 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 17 671 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 306 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

58 abunəçisi olan Yaquboba kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 1 382 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 4 095 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Günəşli qəsəbəsində, Səlimoba və QaracikZeyid kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol